Vəzifə: Satış üzrə mütəxəssis
Yerləşmə: Bakı şəhəri
İş barədə məlumat
- Fərdi satış planının/məqsədlərinin (KPI) yerinə yetirilməsi;
- Satış Departamentində müəyyən edilmiş iş proseslərinin və mexanizmlərin yerinə yetirilməsi;
- Dövri hesabatların aparılması;
- Debitor borclarının bağlanmasının təhlili və ona nəzarət;
- Pul vəsaitərinin geri qaytarılmasına nəzarət, müştərilərlə kommunikasiya;
- Əsas tərəfdaşlara/müştərilərə (key account) birbaşa satışların edilməsi;
- Satış həcminin artırılması üçün kompleks tədbirlərin təşkil edilməsi;
- Sənədləşmə prosesinin aparılması (müqavilələrin bağlanması, müqaviləyə əlavələrin və xitamların hazırlanması);
- Şirkətin məhsul və xidmətlərinin satışının artırılması;
Ş-irkətin xidmət və məhsulları haqqında məlumatın müştərilərə təqdim edilməsi;
- Yeni müştərilərin cəlb edilməsi (daxil olan sorğuların emalı, fəal müştəri axtarışı, danışıqların aparılması, müqavilələri bağlanması);
- Müştərilərin potensial tələblərinin aşkar edilməsi, yəni, müştərinin sorğusuna əsasən ona məhsulların və ya xidmətlərin təklif edilməsi;
- Toplanmış müştəri bazası ilə qarşılıqlı əlaqələrin qorunub saxlanması;
- Müştərilərin yeni xidmət və ya aksiyalar haqqında məlumatlandırılması;
- Müştərilərin müxtəlif testlərə, tədbirlərə və seminarlara qeydiyyatı və yönləndirilməsi;
- CRM, 1C və digər PT-da bütün uçot məlumatlarının düzgün aparılması.