VAKANSİYA: Satınalma üzrə mütəxəssis

22 yanvar, 2021 1 456


Satınalma üzrə mütəxəssis


“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Satınalma üzrə mütəxəssis.


İşəgötürən:

Azericard

İş barədə məlumat:


- Müvafiq komissiyanın nəzarəti altında müəssisənin bütün satınalma metodları üzrə satınalmaların həyata keçirmək və satınalama ilə bağlı tələb olunan sənədləşmə işlərini yerinə yetirmək;
- Satınalmaların təşkilini və rəhbərliyin göstərişləri əsasında tələb olunan müxtəlif sənədlərin hazırlanmasını təmin etmək;
- Tələb olunan predmetlərlə bağlı şirkətlərdən qiymət təkliflərinin alınması, uyğunluğunun yoxlanması və ən optimal təkliflərin komissiyaya təqdim olunmasını təmin etmək;
- Yerinə yetirilən işlər haqda mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim olunmasını təmin etmək;
- Müəssisənin fəaliyyəti ilə bağlı digər əlaqədar işləri və rəhbərliyin göstərişlərini icra etmək.




Namizədə tələblər:


- Ali təhsil (İT üzrə ixtisaslaşmış namizədlərə üstünlük veriləcək);
- İş təcrübəsi: ən azı 3 il (satınalmalar sahəsində);
- Dillər : azərbaycan, rus dilləri (yüksək səviyyədə), ingilis dili (orta səviyyə);
- Ofis proqramları (MS Word, Excel, Powerpoint) ilə sərbəst işləmək bacarığı;
- Dövlət satınalmaları haqqında qanunvericiliyə bələd olmalı;
- Bütün satınalma metodları (xüsusilə də açıq tender üsulu) üzrə satınalmaların keçirilməsi ilə bağlı bütün sənədləşmə işləri barədə məlumatlara və təcrübəyə sahib olmalı;
- Analitik düşüncə tərzi, ünsiyyət qurmaq bacarığı, kollektivdə işləmək və vaxtın idarə edilməsi bacarığı.

Qeyd : İT avadanlıqlar, proqram təminatı və lisenziyaların təmin olunması üzrə iş təcrübəsinin olması arzuolunandır.

Namizədlərdən CV-lərini “Satınalma üzrə mütəxəssis” mövzusu ilə hr@azericard.com ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.





HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Zane20 iyul 2024, 19:28
My brother suggested I might like this website. He used to be entirely right.

This publish actually made my day. You can not believe just how so much time I
had spent for this information! Thanks!

my web-site; Nikcole
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə