Hamilə işçilərin tez-tez verdiyi 8 sual

02 mart, 2021 0 1 230


Hamilə işçilərin tez-tez verdiyi 8 sual


“Hamiləlik iş həyatının və karyeranın sonudur” stereotipi artıq çoxdan aradan qalxıb. Qüvvədə olan Əmək Məcəlləsi ilə hamilə qadınlara müəyyən hüquqlar və təminatlar verilmişdir. Hazırki məqalədə hamilə işçilərin əmək hüquqları ilə bağlı tez-tez verdiyi 8 sual və onlara cavablar təqdim edilir.

Sual: Hamilə olduğuma görə “part-time” iş rejiminə keçə bilərəmmi? Bu halda əmək haqqım saxlanacaqmı?
Cavab: Bəli, hamiləlik haqqında tibbi arayışı təqdim etməklə, natamam iş rejiminə keçirilməyinizi tələb edə bilərsiniz. Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da işəgötürən ilə qarşılıqlı razılığı ilə müəyyən edilir.

Sual: Mən hamiləyəm və işə qəbul prosesindəyəm. Üç ay sınaq müddəti təyin olunacağı bildirilib. Üç ayın sonunda işimdən razı qalmasalar, məni işdən çıxara biləcəklərmi?
Cavab: Əmək Məcəlləsinə əsasən, hamilə qadınlara sınaq müddəti təyin edilmir. Hamiləlik arayışınızı iş yerinə təqdim edə və Sizinlə sınaq müddətin qadağan olduğunu bildirə bilərsiniz.

Sual: Qorxuram ki, mən dekretdə olduğum müddətdə xəbərim olmadan məni işdən çıxararlar.
Cavab: Sosial məzuniyyətdə olduğunuz vaxtda Sizin əmək müqavilənizə işəgötürənin təşəbbüsü ilə xitam verilə bilməz. İstisna: işlədiyiniz müəssisənin ləğv edilməsi.

Sual: Mən bankda işləyirəm. İş həcmi çox olduğundan, işdən sonra və hətta şənbə və bazar günləri də işləməli oluram. Düzdür, buna görə əlavə pul verirlər. Amma nə dərəcədə düzgündür, bilmirəm. Bir aylıq hamiləyəm.
Cavab: Hamilə qadınların əlavə saatda və ya istirahət günlərə işə cəlb edilməsi qadağandır. Hamiləlik haqda arayışı iş yerinə təqdim etdikdən sonra, ümid edirik ki, məsələ öz həllini tapacaqdır.

Sual: Təzə gələn rəhbərlik işçilərin çoxunu işdən çıxarmaq fikrindədir. Kompensasiya verməmək üçün ixtisar etmirlər, “ya öz ərizən ilə çıx, ya da attestasiya keçirib statya ilə çıxaracağıq” deyiblər. Belə olan halda, mən nə edə bilərəm? Hamiləyəm.
Cavab: Hamilə işçilər attestasiya olunmurlar. Bundan əlavə, müqavilə müddətinin bitməsi və müəssisənin ləğv olunması halları istisna olmaqla, hamilə qadınlar ilə əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilə bilməz.

Sual: Hamilə olduğuma görə işdən tez çıxa bilərəm?
Cavab: Hamilə qadınlar üçün həftədə iş saatı 36 saatdan çox ola bilməz. Buna uyğun olaraq, işdən tez çıxa və ya gec gələ bilərsiniz.

Sual: İşimlə əlaqədar tez-tez ölkədaxili və ölkəxarici ezamiyyələrə getməli oluram. Bilmək istəyirəm, hamiləlik dövründə ezamiyyələrə hər-hansı məhdudiyyət varmı?
Cavab: Hamilə qadınların ezamiyyətə göndərilməsinə yol verilmir.

Sual: Hamiləliklə əlaqədar tez-tez həkim müayinəsindən keçdiyimdən işdən icazə almalı oluram. Həkim qəbulunda olduğum saatlar və ya günlər məzuniyyətimdəm çıxılır? Həmin günlərə görə əmək haqqım tam saxlanılır ya necə?
Cavab: Hamilə qadınların tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.

Yekun olaraq qeyd edirik ki, mövcud əmək qanunvericiliyin işəgötürənlər tərəfindən pozulması inzibati, bəzi hallarda isə hətta cinayət məsuliyyətinə də səbəb ola bilər.

Müəllif: Vəkil Əkbərova Leyla Mikayıl qızı











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə