“İşçi əmək qabiliyyətini məzuniyyət dövründə itirərsə, həmin iş günlərinə düşən günlərə görə ona müavinətin ödənilməsi nəzərdə tutulur”.
Bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
O bildirib ki, bu, Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir: “Bu zaman işçiyə həm məzuniyyət pulu, həm də xəstəliyə görə müavinət ödənilir. Əmək qabiliyyətini itirən şəxslər işəgötürənə müraciət edərək həmin məzuniyyəti də götürə bilər. Əmək Məcəlləsinə bu prosesin tənzimlənməsi üçün də dəyişiklik layihəsi hazırlamışıq”.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
APA