13 Aprel tarixi bizim üçün əlamətdar günlərdən biridir. Çünki, məhz 5 il əvvəl, bu tarixdə HR-AZ.com – Azərbaycanın İlk İnsan Resursları Portalı fəaliyyətə başlamışdır.
İlk gündən Portalın missiyası İnsan Resursları,İdarəetmə və peşəkar inkişaf ilə bağlı ən faydalı resursları, ən uğurlu təcrübələri və yenilikləri izləyicilərimiz üçün əlçatan etmək idi. Bu məqsədə çatmaq üçün, komandamız 5 il ərzində dayanmadan çalışır. Bunun nəticəsi olaraq, bu gün Portalımızda yüzlərlə məqalə, kitab, xəbərlər və digər resurslar mövcuddur. Oxucularımızın sayı artıq 600 mini keçmiş, saytımıza baxış sayı 1.2 milyona çatmış və sosial şəbəkələrdə izləyici sayımız 40 mindən çox olmuşdur.
İlk elektron jurnal olan “İnsana dəyər” 2 nüsxədə dərc edilmiş və ölkəmizin irəli gələn İnsan Resurslarının müəllifi olduğu məqalələri, İnsan Resurslarına yeni yanaşmaları və trendləri özündə cəmləşdirmişdir.
Eyni zamanda, 2022-ci ildən başlayaraq, Portal həm də, təlimlər və konsultinq xidmətləri göstərməyə başlamışdır. Belə ki, ilk təlimimiz olan “Təlim və İnkişaf üzrə mütəxəssis” kursu hal-hazırda davam etməkdədir. Elə 5 yaşımızı da digər il dönümlərindən fərqli olaraq, ilk tələbələrimizlə birgə qeyd etdik və bu anı onlarla bölüşmək bizim üçün qürurverici hiss oldu.
Yeni dönəmdə hədəflərimiz daha böyükdür, komandamız və fəaliyyət sahəmiz genişlənməkdədir. Yeni və gözəl layihələrlə qarşınızda olacağıq!
Əgər siz də prosesin bir hissəsi olmaq istəyirsinizsə, əməkdaşlıq təkliflərinə daima açıq olduğumuzu bildirmək istəyirik. Xidmətlərimizdən yararlanmaq üçün
info@hr-az.com ünvanına müraciət edə bilərsiniz.
Yanımızda olduğunuz üçün hər birinizə təşəkkür edirik.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com