Hörmətli izləyicilərimiz,
Böyük qürur hissi ilə bildirmək istərdik ki, ölkənin ilk İnsan Resursları Portalı olan
HR-AZ.com ölkənin ilk SƏTƏMM portalı olan
HSE.az-la əməkdaşlıq çərçivəsində daha bir yeniliyə imza ataraq ölkənin ilk İnsan Resursları və SƏTƏMM onlayn jurnalı olan – “İnsana Dəyər” onlayn jurnalını təqdim edir. Mövcud pandemiya dönəmində virusdan qorunmağın ən uğurlu seçimlərindən biri prosesləri və xidmətləri rəqəmsallaşdırmaqdır. İnsan Resursları və SƏTƏMM sahəsində mütəxəssisləri məlumatlandırmaq və maarifləndirmək missiyamızı bu dəfə də rəqəmsal olaraq – onlayn jurnal şəklində reallaşdırmaq qərarına gəldik. Beləliklə, jurnalın ilk sayını Sizlərə təqdim edirik:
Jurnala flipbook formatında baxmaq üçün bura klikləyin –
LinkJurnalı pdf formatında yükləmək üçün bura klikləyin –
insana-deyer.pdf [108,86 Mb] (yüklənib: 255)
Bildirmək istərdik ki, jurnalın növbəti buraxılışlarında istər İR və SƏTƏMM mütəxəssisləri ilə, istərsə də müvafiq sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etməyə hazırıq.
Jurnalə abunə olmaq üçün
bura daxil olun.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com