Bəzi həkimlərin maaşları iki dəfəyədək artırılacaq.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O, bildirib ki, 17 ixtisas üzrə çalışan həkimlərin əməkhaqqına artım 2 dəfəyədək təşkil edəcək.
Həmin ixtisaslar üzrə siyahı aşağıdakı kimidir:
Həkim – allerqoloq
Həkim – psixiatr
Həkim – dermatoveneroloq
Həkim – oftalmoloq
Həkim – endokrinoloq
Müalicəvi bədən tərbiyəsi üzrə həkim
Həkim – fizioterapevt
Həkim – pulmonoloq
Həkim – infeksionist
Həkim – revmotoloq
Həkim – kardioloq
Həkim – terapevt
Həkim – narkoloq
Həkim – toksikoloq
Həkim – nevroloq
Həkim – travmatoloq – ortoped
Həkim – pediatr
O, bildirib ki, 14 ixtisas üzrə çalışan həkimlərin maaşında isə artım 20-90% arası dəyişəcək:
Həkim – nefroloq
Həkim – epidemioloq
Həkim – ftiziatr
Həkim – hematoloq
Həkim – neonatoloq
Həkim – diyetoloq
Həkim – genetik
Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis
Həkim – laborant
Psixoloq
Həkim – metodist
Loqoped
Həkim – mikrobioloq
Həkim – statistik.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az