Ölkəmiz 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra pensiya sistemi müəyyən dövrlərdə mərhələli şəkildə inkişaf edib. Vətəndaşların illərlə işləyib staj qazandığı dövrlər dövlətin sığorta-pensiya sistemində ana xətti təşkil etdi və onların əmək fəaliyyəti göstərdiyi müddət gələcəkdə alacaqları pensiyanın məbləği ilə uyğunlaşdırıldı.
Bəs vətəndaşlar ölkə ərazisində deyil, ölkədən kənar əgər əmək fəaliyyəti göstəriblərsə, pensiya yaşına çatdığı zaman ölkəmizdən pensiya ala biləcəklərmi?
Bununla bağlı qeyd edək ki, vətəndaşların Sovet dövründə Azərbaycan SSR-dən kənar SSRİ ərazisində işlədikləri dövrlər birmənalı olaraq bügünkü gündə staj kimi nəzərə alınır.
01.01.1992-ci ildən sonrakı dövr üzrə stajın tanınması ilə bağlı prosedurlar müstəqil Azərbaycan Respublikasının xarici ölkələrlə qarşılıqlı sosial müdafiə sahəsində müqaviləliləri ilə tənzimlənir. Bugünkü gündə, əmək fəaliyyətinin qarşılıqlı staj kimi qəbul edildiyi ölkələr aşağıdakılardır:
Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Bolqarıstan.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Pensiya.az