İşi dəyişmək qorxusunun öhdəsindən necə gəlmək olar?

24 fevral, 2018 0 658


İşi dəyişmək qorxusunun öhdəsindən necə gəlmək olar?


İşi dəyişmək fikri əl-qolunuzu bağlayırsa və öz gücünüzə əminisizliklə bağlı əzab çəkməyə vadar edirsə narahat olmayın. Həqiqətən də irəli getmək və seçdiyiniz fəaliyyət sahəsi üzrə uğura nail olmaq istəyirsinizsə bu qorxunun öhdəsindən gəlmək mümkündür.

Alimlər belə hesab edir ki, beyin işi dəyişməyi həyata təhlükə doğuran hadisə kimi qavrayırlar. Bu və ya digər hadisə ilə bağlı stress səviyyəsini ölçən The Holmes-Rahe Stress Inventory şkalasına əsasən, işi dəyişmək 20 ən ağır həyat vəziyyəti siyahısına daxildir.

Bu qorxuya kifayət qədər bəraət qazandırmaq olar. Birincisi, fəaliyyət yerinin dəyişdirilməsi özlüyündə çox saylı yenilik və naməlumluq daşıyır, xüsusən də fəaliyyət sahənizi tamamilə dəyişmək qərarına gəlmisinizsə. İkincisi, bu çox zaman və güc tələb edir. Üçüncüsü, bu maliyyə riskidir, axı yeni iş yerinizdə hər şeyin qaydasında olacağını əvvəlcədən bilə bilməzsiniz.

Biz özümüz iş yerimizi nəyə görə dəyişməməli olduğumuz ilə bağlı çoxsaylı səbəb düşünməyə meyilliyik. Belə ki, nüfuzumuzu və yaxud imtiyazımızı itirməkdən, yaxınlarımızın tənqidlərindən və hətta tanımadığımız şəxslərin deyəcəklərindən çəkinirik.

Karyerada dəyişiklik etmək – uğura aparan yolunuzun və məqsədlərinizə çatmağın bir hissəsidir. Axı sizi hər şey qane etsəydi, iş axtarmazdınız və özünüzü yeni iş yerində sınaqdan keçirməyə çalışmazdınız.

Bütün qorxularınızı əvvəlcədən təyin edin
İşinizi mütləq olaraq nəyə görə dəyişməli olduğunuzun səbələrindən ibarət siyahı tərtib edin. Bununla yanaşı, bütün qorxularınızı da sadalayın. Qərarlı addım atmağa mane olan bütün şübhələrinizi, qorxularınızı və anlaşılmaz cəhətləri kağıza həkk edin.

Bu siyahını gözünüzün önündə saxlayın. Bu siyahı bütün mümkün çətinliklərə baxmayaraq, işi dəyişməyin bütün mümkün çətinliklərə sinə gəlməyə cəhd etməyi sizə xatırladacaq.

Yaxınlarınızın dəstəyindən yararlanın
Belə bir vacib qərarı təklikdə verməyin. Yaxınlarınızdan və dostlarınızdan nəyə görə işinizi dəyişməli olduğunuzun siyahısını tərtib etmək üçün kömək istəyin.

Daha sonradan yaxınlarınıza qorxunun məqsədinizə gedən yolda maneə ola biləcəyini deyin. Onlardan işi dəyişməyin müsbət cəhətlərini, nəyə görə buna enerji və zaman ayırmalı olduğunuzu tez-tez sizə xatırlatmalarını xahiş edin.

Zamanla yersiz qorxuların irəliyə doğru addımlamağınıza mane olduğunu anlayacaqsınız. Beləliklə, şüurlu şəkildə məqsədlərinizə nail olmaq üçün onlardan xilas olacaqsınız.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə