İşçilərin müxtəlif meyyarlar üzrə bölgüsü və tipizasiyası mövcuddur.
İnsan Resursları mütəxəssisi Səbuhi Məmmədəliyev HR-AZ.com portalına "səriştəlilik" və "motivasiya" meyyarları üzrə bəyəndiyi tipizasiya metodunu təqdim edir:
BALLAST - Sxemdəki ox işarələrindən göründüyü kimi, bu tip işçilərin səriştəlikləri və motivasiyası aşağı səviyyədədir. Belə işçiləri aktivləşdirmək çox çətindir, inkişafa can atmırlar və məsuliyyətdən gizlənməyə çalışırlar. Ballast - aşağı nəticəlilik nümayiş etdirir, bu səbəbdən də müəssisə üçün yükdür.
RESURS - bu tip işçilərə aid insanlar yüksək səriştəliklərə malikdir, lakin motivasiyaları aşağıdır. Resurs düşünür ki hazırki vəziyyət onun üçün kafidir, yeniliyə və inkişafa can atmır. Onu tutduğu mövqe qane edir. Nəticəlilik səviyyəsi ortadır.
AKTİV - səriştəlikləri və motivasiyaları yüksəkdir. Nəticəlilik yüksək səviyyədədir, bu insanları "ulduzlar" da adlandıra bilərik!
XƏRCLƏR - bu qrupa daxil olanlar adətən təhsil müəssisələrini yeni bitirən məzunlardır və ya digər sahələrdən cəlb olunanlardır. Yüksək motivasiyaya malikdirlər, daim yeni bir şey öyrənməyə can atır, potensialı ilə seçilirlər. Lakin səriştəlikləri azdır, onlara zaman və maliyyə xərclənməlidir ki, onlar da "ulduz" kateqoriyasına daxil edilsin.
Sonda məqaləyə maraq göstərdiyiniz üçün təşəkkürümü bildirirəm. Ümid edirəm ki faydası dəyəcəkdir.
Səbuhi Məmmədəliyev
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com