Müsahibəyə Sizi niyə çağırmırlar?

16 iyul, 2018 5 1 883


Müsahibəyə Sizi niyə çağırmırlar?


Onlarla şirkətə CV göndərmisiniz, amma müsahibəyə çağıran yoxdur? Səbəbini yerli rekruterlərdən biri Ofelya Xanlarzadə şərh edib:

"İş axtaran yoldaşlar, yəqin ki, siz onlarla yerə CV göndərirsiniz və arzulayırsınız ki, sizi müsahibəyə çağırarlar. Amma tez-tez insanlar şikayətlənir ki, "CV-lərimi sanki quyuya atıram - heç bir xəbər gəlmir".

Yoldaşlar, Future Recruitment Center olaraq, elektron poçtumuza gündə yüzdən çox cv gəlir. Rekruter kimi çalışıram ki, maksimum dərəcədə obyektiv olum, eyni zamanda da ən yaxşı namizədi seçim. Bununçün ilkin olaraq, namizəd barədə yalnız bir üsulla məlumat ala bilirəm - CV. Bəzi CV-lər çox gözəldir, səlis, konkret, səliqəli. Yarıdan çoxu isə heç baxılmalı deyil. Ən populyar problemləri sadalayım (hərçənd bu problemləri digər həmkarlar da dəfələrlə vurğulayıblar) ki, səhvləri düzəldərək müsahibəyə çağrılmaq şansınızı artırasınız:

- Şəkilsiz CV - "İnsanın xarici görünüşünün işə nə aidiyyəti var" fikri ilə razı deyiləm. HR daim insanlarla işləyir. Və peşəkar HR insana bir baxmaqla onun haqqında xeyli fikir yürüdə bilir. Şəkil olmayandan sonra adamın ağlına gələn fikirlər bunlardır - ya namizəd Word-də şəkil yerləşdirməyi bacarmır, ya da özündən əmin deyil. Hər iki variant xoş deyil. Namizədin gözəl ya çirkin olmağının isə işə aidiyyəti yoxdur, haqlısınız.

- Qeyri-ciddi şəkilli CV-lər - Bu da bir başqa problemdir. Restoranda, məzun günündə, qaranlıq məkanlarda çəkilmiş şəkillər qeyri-peşəkarlıq göstəriciləridir. Şəkilsizdən daha yaxşıdır, amma məqbul deyil. 21-ci əsrdə yaşayırıq, indi şəkil çəkdirmək qədər asan bir şey yoxdur. CV-nizi daha cəlbedici etmək istəyirsizsə, peşəkar görünüşlü, yaxud sadə bir şəkil çəkdirin. 3 dəqiqə vaxt sərf edəcəksiniz.

- İngilis dilində CV - Ölkədə elanların çoxu ana dilimizdə paylaşılır. Mənim elanlarımın hamısı ana dilindədir. Niyə CV-lər ingiliscə gəlir? İngiliscə CV namizədin ingilis dili biliyinin göstəricisi deyil, ehtimal çoxdur ki, CV hazırlanmasında kənar vasitələr və insanlar iştirak edib. Mən məsləhət görərdim ki, xarici şirkətlərə göndərmək üçün ingilis dilində CV ayrı olsun, əsas CV-ni isə öz dilimizdə tərtib edib bu CV-ni göndərəsiniz.
Qeyd: Mənə ingiliscə CV oxumaq qəti problem deyil, ingilis dili səviyyəmdən şikayətim yoxdur. Sadəcə, ingiliscə CV ən azından dilimizə hörmətsizlikdir.

- Qrammatik səhvlər - Elə bu gün bir vakansiya üzrə əla bir namizəd tapmışdım, zəng vurmaq istəyəndə fikir verdim ki, namizəd öz soyadında səhv buraxıb. Məlum oldu ki, qrammatik səhvlər bütün CV boyunca mövcuddur. Zəng vurmadım. İnsan səhv edə bilər, amma səhvini düzəltmək imkanından istifadə etmirsə, bu heç yaxşı göstərici deyil. Çalışın ki, qrammatik və mexaniki səhvləriniz olmasın.

- İş təcrübəsi haqda məlumatın azlığı - Məhz bu hissə HR üçün ən maraqlı hissədir. İş yerləriniz və vəzifə öhdəliklərinizi geniş yazın. PR manager yazmısızsınızsa, bu o demək deyil ki, vəzifə öhdəliklərinizi yazmaya bilərsiniz. Hər şirkətdə PR menecerin öhdəlikləri fərqli ola bilər. Ən yaxşı bacardığınız işlər əvvəldə olmaqla, gördüyünüz işləri sadalayın. Rəsmi stajınız yoxdursa, könüllü fəaliyyətiniz barədə məlumatları yazın. Əsas odur ki, yazın, yola verməyin.

- Yalan məlumatlar - Düşünənlər var ki, əşşi, yazım dil biliklərim super, kim biləcək ki. Çox nahaq. İngilis/rus dili biliyinizi yoxlamaq çox asan məsələdir. Çin dili olsa başqa məsələ. Vakansiyanın dil tələbi varsa, müsahibədə namizədin dil biliyini mütləq yoxlayıram. CV-də yalan yazıldığı məlum olursa, o namizəd bir daha heç yerə çağırılmır. Təəccüblənməyin. Heç kim sevmir ki, ona yalan danışsınlar. Elə siz də sevmirsiz. HR da sevmir.

Və sonda. CV-nizi hazırladıqdan sonra bir daha gözdən keçirin. Dost-tanışa da göstərib fikrini soruşun. Axı HR ilk olaraq sizinlə deyil, CV-niz ilə tanış olur. Çalışın ki, bu tanışlıq sizin haqda düzgün məlumat versin. "Bu ölkədə hər şey daydayladır" deyib, yola verməyin. Yaxşı mütəxəssisi hamı axtarır, birinci elə mən özüm."

Ofelya Xanlarzadə











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Jowan17 sentyabr 2024, 22:27
You can definitely see your expertise within the article you write.
The sector hopes for even more passionate writers such as you who are not
afraid to mention how they believe. At all times go after your heart.


my blog post: Angelo
Darryl29 sentyabr 2024, 02:47
Playtech is recognized for its realistic graphics and an array of game forms, appealing
to a wide range of preferences.

Have a llook at my web-site - 온카
Eleanor1 oktyabr 2024, 17:59
Hoow it operates is you play games working with virtual credits, which have no monetary value
and can not be redeemed or withdrawn for money prizes.


Here is my page; 온카
Ernestina2 oktyabr 2024, 09:31
For example, if a groujp has -200 odds on the moneyline, they're normally extra likely to win than not.



Take a look at mmy webpage read
more
Candida5 oktyabr 2024, 03:56
As a result, no US state had the authority to
legalize on the web poker or casino internet sites, even if
they passed legislation to do so.

myweb site; 카지노친구
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə