Müsahibə işçinin özünü işəgötürənə satdığı 20 dəqiqədir.
Bu fikirləri yerli rekruter Ofelya Xanlarzadə bildirib. Ofelya xanımın fikirlərini təqdim edirik:
"İşəgötürən alıcıdır, işçi satıcı. Mal - işçinin işgörmə qabiliyyəti. Kimsə bu cür bənzətməni bəyənməyə bilər, amma prinsip budur.
Hər bir alıcı mümkün qədər aşağı qiymətə mümkün qədər yaxşı məhsul almaq istəyir. Lakin marketdən fərqli olaraq, müsahibədə "mal"ın satıcısı siz özünüzsüz və bunun üçün sizə 20 dəqiqə ayrılıb. İndi düşünün, ağır uşaqlıq illərinizi anlatmağa, məktəbdə hansı fəndən hansı qiymət aldığınızı danışmağa dəyər? Bəlkə həmin vaxtı daha səmərəli istifadə edəsiniz?
"Özünüz haqqında danışın" sualına özünüzün işçi olaraq ən güclü tərəflərinizi üzə çəkin. Niyə işəgötürən başqa namizədləri yox, məhz sizi seçməlidir? İzah edin. Bu iş sizə həqiqətən lazımdır? Ən layiqli olduğunuza inandırın. Digər namizədlərdən bir addım önə çıxın.
Unutmayın ki, hal-hazırda iş axtaranların sayı işçi axtaranların sayından əhəmiyyətli dərəcədə çoxdur! Əmək bazarının bu günkü tələbləri ilə ən yaxşı olan yox, ən yaxşı olduğunu sübut edən qalib gəlir.
Ən yaxşı olduğunuzu sübut edin. Bunun üçün sizin 20 dəqiqəniz var..."
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
HR-AZ.com