İş müsahibəsi zamanı özünüzü necə aparmalısınız?

27 may, 2018 0 4 735


İş müsahibəsi zamanı özünüzü necə aparmalısınız?


Elə vaxt olur ki, əvvəlki iş yeriniz sizi bu və ya digər səbəblərə görə qane etmir. Maaşınız azdır, karyera yüksəlişi gözlənilmir, amma iş yükü hər gün artır, rəhbərliyinizlə uyğunlaşa bilmirsiniz və ya sadəcə başqa şəhərə köçürsünüz.

Sadalananların baş verdiyi istənilən halda yeni iş yeri axtarmaq lazımdır. Nəticədə işçi onlarla fərqli yerlərə CV göndərir və gözləyir. Bir müddət sonra hansısa bir iş yerindən cavab gəlir və sizi müsahibəyə dəvət edirlər. Ancaq müsahibədə siz o qədər həyəcanlanırsınız ki, adi danışıq zamanı da özünüzü yaxşı tərəfdən göstərə bilmirisniz.

Gəlin razılaşaq ki, belə hal tez-tez baş verir.

Bu kimi xoşagəlməz halın baş verməməsi üçün siz öncədən həyəcanınız ələ almalı, soyuq məntiqinizlə düşünməli və əmin səs tonunuzla sizə ünvanlanan suallara cavab verməlisiniz. Bütün bunları bilmək və sonda uğurlu nəticəyə nail olmaq üçün aşağıdakı metodlarla yaxından tanış olun.

1. Müsahibəyə hazırlıq

Özünüzə güvənin:

Sizi iş müsahibəsinə dəvət ediblər. Əvvəlcədən sevinmək və xəyallara dalmaq lazım deyil. Bu, sadəcə, müsahibədir və həmin işə məhz sizin seçiləcəyiniz hələ dəqiq deyil. Unutmayın ki, müsahibə zamanı uğurun 95% sizin özünüzü necə aparmağınızdan, yerdə qalan 5% isə dediklərinizdən asılıdır. Sizin istənilən artıq bir jestiniz, yersiz gülüşünüz başlamaqda olan karyeranızın üzərindən xətt çəkə bilər.

Təyin olunmuş müsahibəyə qədər əlinizdə olan boş vaxtdan səmərəli istifadə edin. Nə qədər həyəcanlansanız da siz bunu işəgötürənə büruzə verməməlisiniz. Ona görə də müsahibəyə girməmişdən öncə bir neçə dəfə dərindən nəfəs alın və ancaq pozitiv şeylər haqqında düşünün ki, əhval-ruhiyyəniz də pozitiv olsun.

Müsahibə zamanı nəyi və necə danışdığınıza diqqət edin. Yadda saxlayın ki, işəgötürən sizin nə yox, necə danışdığınızı qiymətləndirir. Əmin səs tonu ilə özünüz və öncəki təcrübəniz haqqında danışsanız bu artıq yaxşı göstəricidir.

Geyiminizə diqqət edin:

Bundan sonra sizin peşəkar görünüşünüz gəlir. Ona görə də müsahibəyə getməmişdən öncə geyim tərzinizi incələyin. Müsahibə zamanı əyninizdəki geyim rəsmi olmasa da, ciddi olmalıdır. Ona görə də diqqət cəlb edən, rəngli və bər-bəzəkli geyimlərinizdən bir müddətlik imtina edin. Əsasən neytral və ya bir rəng tonlu (ağ-qar-boz) paltarlara üstünlük verin.

Həyəcanınızı ələ ala bildiniz? Düzgün geyim seçdiniz? Keçirik 3-cü məsələyə.

Məlumatlı olun:

Müsahibəyə getməmişdən öncə şirkət haqqında bir qədər məlumat toplayın. Ən azından onun adını “Google”-də axtarsanız minimal məlumatlar əldə etmiş olacaqsınız. Müsahibə zamanı hər bir işəgötürən potensial yeni işçisinin gəldiyi şirkət haqqında məlumatlı olduğunu xoşlayır. Bu, onu göstərir ki, nəyəsə başlamamışdan öncə onu araşdırırsınız. Müsahibəsinə gəldiyiniz şirkətin tam adını, rəsmi veb-saytını, fəaliyyət tarixini və s. bu kimi xırda, amma önəmli detalları biləsiniz bu sizin üçüncü müsbət göstəricidir.

2. Müsahibə günü

Punktuallıq sizin yoldaşınızdır:

Müsahibə günü vaxtınızı elə bölün ki, müsahibəyə, heç olmasa, 15 dəqiqə qabaqcadan çatasınız. Əgər gedəcəyiniz ünvan sizə tanış deyilsə, həmin yeri bir gün öncədən axtarıb tapsanız yaxşı olar. Müsahibəyə gecikmək heç bir halda məsləhət görülmür. İşəgötürən özü gecikə bilər, lakin siz (fövqəladə hallar istisna olmaqla) gecikməməlisiniz. Tez gəlib ofisdə müsahibə vaxtınızı gözləmək, haradasa tıxacda ilişməkdən və ya küçə-küçə gəzib filan ünvanı axtarmaqdan yaxşıdır.

3. Müsahibə ərzində:

• Gülümsəyin, çünki təbəssüm sizin haqqınızda müsbət fikir formalaşdırır.

• Səs tonunuza fikir verin. Çox ucadan və ya çox aşağı tonla danışmaq olmaz. Özünüzə əminliyinizi itirməyin və gündəlik danışıq tonunuzda söhbəti davam etdirin.

• Əl hərəkətlərinizə fikir verin. İşəgötürən qarşısında əllərinizlə artıq hərəkətlər etməyin, kənar əşyaları oynatmayın. Bunu etməmək üçün yaxşı olar ki, əllərinizi masa və ya ayaqlarınızın üzərinə qoyasınız ki, onları heç kəs görməsin.

• İşəgötürənlə göz kontaktını itirməyin. Müsahibə zamanı istənilən kəslə söhbət etdikdə onun üzünə baxmağa çalışın.

• İşəgötürənin sualına cavab verəndən sonra arada pauza yarandı. Bundan qorxmayın, belə halda siz işəgötürənə nəsə kiçik sual verə bilərsiniz. Məsələn, ofis neçə mərtəbədir? Bura təzə köçmüsünüzmü? Ümumiyyətlə, şirkətin nə qədər işçisi var?

• Cavab verməmişdən öncə sizə ünvanlanmış saulı diqqətlə düşünün, başa düşün və sonra cavab verin.

• Sizə verilmiş sualda nəyisə başa düşmədiyinizdə nağıl danışmayın, ən yaxşısı, sadəcə, sualın birdə təkrar edilməsini xahiş edin. Əgər işəgötürən tərəfə sizin bu və ya digər keyfiyyət, yaxud bacarığınız maraqlandırsa o, mütləq həmin mövzu ətrafında əlavə suallar verəcək.

• Qarşı tərəfin sözünü kəsməməyə çalışın.

• Keçmiş iş yerinizin sirrlərinin və ya orada mövcud nəsə xoşagəlməz halı açıb təfərrüatı ilə danışmayın. Bu, çox mənfi göstəricidir. Bunu etsəniz işgötürəndə fikir formalaşa bilər ki, siz iş sirrlərini saxlaya bilmirsiniz və sabah digər bir iş yerinə keçəndə burada olan hər şeyi açıb danışacaqsınız.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Finmarket.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə