İşsiz qaldığınız ilk o an nə edərdiniz?

18 iyul, 2018 1 856


İşsiz qaldığınız ilk o an nə edərdiniz?


Heç ağlınızda yox ikən “Bu belə davam edə bilməz” deyərək bir anda istefa etdiniz yada heç gözləmədiyiniz bir anda işdən çıxarıldığınızı öyrəndiniz. Və indi işsizsiniz.Belə bir vəziyyətdə nə edərdiniz?İşsiz qalamağa hazırmısınız?

Bir çox mütəxəssis B planının önəmindən danışsada biz həmən günü qurtarmaq dərdindəyik.İstər yorğunluqdan istər tənbəllikdən yada umumi olaraq iş dünyasının şərtlərindən olsun, iş başa gəlməzdən öncə ehtiyatlı tutmalı, “Işlər istədiyimiz kimi getməzsə”deyərək ikinci plan haqqında düşünməyəcəyik.Ancaq bəzi durumlar varki başa gəlincə nə edəcəyimizi bilmirik və özümüzü vaxt uzandıqca piss hiss edirik.İşsiz qalmaq da o durumlardan ən kretik olanlardan biridir....İstər sevmədiyimiz işimizdən bir anlıq bir hirslə istefa etmiş olaq istər bir anda işdən çıxarılmış olaq, əgər ikinci bir planınız yoxsa, işsiz qaldığımızı anladığımız o an panik oluruq!

Yaxşı vəziyyəti azda olsa asanlaşdırmaq üçün nə etməli?

Işsiz qaldığınızı öyrəndiyiniz o ilk an:

Duyğularınızı kontrol edin

Öncəliklə belə bir durumu yaşayan ilk insan siz deyilsiniz.Sizdən öncə bir çox insan bu prosessdan keçdi; sizdən sonrada keçəcək.Həmən dəqiqə panikaya düşmək əvəzinə özünüzə sakitləşmək üçün vaxt ayırın.Əgər işdən çıxarıldınızsa bunu öyrəndiyiniz o ilk an qışqırmaq və ya hirslə hərəkət etmək sizə heç bir kömək olmaz, əksinə işinizi dahada çətinləşdirər və sonrakı günlərdə özünüzü daha da pis etməyə səbəb olar.Bunun əvəzinə iş yerinizdən son dəfə özünüzdən əmin bir şəkildə ayrılmayı hədəfləyin.

Niyə işsiz qaldığınızı öyrənin

İş yerinizdən ayrılmadan öncə niyə işsiz qaldığınız barəsində məlumatınız yoxdursa menecerlərdən işəgötürənlərinizdən soruşmaqdan çəkinməyin.Bu hadisənin nədən baş verdiyini bilmək, sizin iç görüşmələrinizdə və işlərinizdə sizə yardımçı olacaq.

Ləngiməyin

İş yerinizdən ayrılmadan öncə gərəkli sənədlərə sahib olduğunuzdan və ödəmənizin tamamlandığından əmin olun.Sənəd və ödəmə işi tamamlandığından isə
əşyalarınızı tez bir zaman da toparlayın və iş yerinizdən ayrılın.Vidalaşma vaxtının uzanması və iş yerində daha çox ləngiməniz, əhvalınızın pisləşməsinə gətirib çıxara bilər.

Sonrasında isə:

Özünüzə biraz vaxt verin

İşsiz qalan bir çox insan, iş tapa bilməyəcəyindən qorxduğu üçün panikaya düşür və hər yerə cv göndərməyə başlar.Əlbətdə özünüzü belə hiss etməniz təbbidir.Ancaq doğru işə müraciət etmək və prosessə konsentrasiya ola bilmək üçün həmən şəxsin özünə bir az zaman tanıması çox önəmlidir.İşsiz qaldığınız müddət, sizin nə etmək istədiyinizi, bir sonrakı addımın necə olmasını anladığınız dönəm.Bu səbəblə özünüzə zaman ayırmanızda, biraz nəfəs almanızda, nə istədiyinizə qərar vermək üçün düşünmənizdə fayda var.Və əlbətdə əlinizdən gəldiyi qədər pozitiv olmanız, çox önəmlidir.

İş axtarmağa başlayın

İş axtarmağa başladığınızda işləmək istədiyiniz sahədəki iş elanlarına baş vurun və işləmək istədiyiniz şirkətləri nəzarət altına alın.Özəl olaraq işləməyi çox istədiyiniz şirkətlərin siyahısını hazırlayın və düzənli şəkildə bu şirkətlərin karyera səhifələrini kontrol etmək işinizi dahada asanlaşdırar.
Elana ilk baş vurmada olanlar arasında yer almaq isə şansınızı artıran faktlar arasında yer alır.
Bu səbəblə elanlar və şirkətlərin karyera səhifələrini sıx bir şəkildə kontrol edin.

Uyğun tərcumeyi-hal təsirli ön yazı

Tərcumeyi-hal hazırlayarkən müraciət etdiyiniz şirkətə görə tərcumeyi-halınızı təzələmək, elanda göstərilən meyarları tərcumeyi-halınızda önə çıxarmaq İnsan Resursları peşəkarlarına və potensial işverəninizə uyğunluğunuzu göstərir.
Bu səbəblə tək bir tərcumeyi-hal və ön yazı ilə bu prosesi idarə etmək əvəzinə, biraz da səy göstərərək müraciət etdiyiniz mövqeyə olan uyğunluğu və o işdə çalışmağa istəyinizi göstərə bilərsiniz.

İşsiz qalınan müddətin uzanması bir çox insanda xəyal qırıqlığı yaradır.Amma bu zaman ərzində cəsarətinizin qırılmasına izin vermək yerinə, öz iş sahənizdəki şəxslərlə əlaqədə olmağı, iş sektorunuzla bağlı prosessləri təqib etməyə yenə sizin sektorda yer alan insanlarla tanış olmaya cəhd edin.

Hər yeni günün içində yeni fürsətlər olduğunu unutmayın.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Jobin.az
Oxşar məqalələr
Şərhlər
Donavon23 iyul 2024, 04:01
Hello! Quick question that's totally off topic. Do you know how to make your site mobile friendly?

My site looks weird when viewing from my iphone. I'm trying to find
a template or plugin that might be able to correct this problem.
If you have any recommendations, please share. Thanks!

Feel free to surf to my blog Toni
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə