Keyfiyyətli rekrutinq: Düzgün proqramçı

12 may, 2018 0 1 349


Keyfiyyətli rekrutinq: Düzgün proqramçı


Bir proqramçının hansı bilik və səriştələri olmalıdır? Bunu bilmək həm işaxtaran proqramçılar, həm də işəgötürənlər üçün çox faydalı olacağını düşünərək Səbuhi Məmmədəliyevin bu yöndə fikirlərini HR-AZ.COM olaraq sizlərlə bölüşməyi qərarlaşdırdıq:


PROQRAMÇI

Proqramçı sənəti. Günümüzün bəlkədə ən aktual və müstəqil peşəsi adlandıra bilərik. Proqramçı sənətkardır, yaradıcılıqla məşğuldur və bu sənətin sırf icraedici peşə növünə aid edilməsi fikrimcə yalnış yanaşmadır. Proqramçı axtaran rekruterlər işə aid tələblərdə konkret proqramlaşma dillərini, bilavasitə onlara bağlı digər komponentləri, portfelin olmasını və iş stajını bildirməklə kifayətlənirlər. Ancaq sadalanan kriterilər minimal tələblərdir, belə desək sənətkarın alətləridir. Sənətkarın bacarığı isə digər xüsusiyyətlərlə müəyyən edilir.

1. PROBLEMİ KOMPONENTLƏRƏ AYIRIR VƏ ONUN HƏLLİNİ HƏYATA KEÇİRİR

Proqramçı tapşırığını alan kimi dərhal kod yazmağa qaçmamalıdır. Düzgün proqramçı iş vaxtının 80%-ni ağlıyla, 20%-ni isə əlləri ilə iş görməyə sərf edir. Hətta çox mürəkkəb olmayan bir proqramın yaradılması təhlil və layihələndirmə tələb edir: problemin daha sadə alt tapşırıqlara ayrılması və ardından bütün həllərin sintezi nəticəsində ümumi həllin formalaşması. Məsələn, tam ədəd dəyişəninin interval uzunluğunu seçmək layihələndirmənin bir elementidir.

2. İCRA MÜDDƏTLƏRİNİ DÜZGÜN QİYMƏTLƏNDİRİR

İcra müddəti istənilən layihənin əsas tələblərindən biridir. “SMART” modelindəki “T” komponenti vaxtla ölçüləbilən və ya vaxtla məhdudlaşan mənalarında işlədilir. Ancaq nəzərə alsaq ki proqramlaşdırma prossesinin spesifikasına görə dəqiq vaxt deyildikdə kənarlaşmalar çox olur. Bu səbəbdən, düzgün proqramçı bunu nəzərə almalı və icra müddətini interval kimi göstərməlidir. Minimal və ehtimal olunan maksimal zaman aralığını bildirməlidir. Yüksək qeyrimüəyyənlik dərəcəsi səbəbi ilə, bu hal rəhbərliyi təəcübləndirməməlidir.

3. İŞ PLANINI VƏ QRAFİKİNİ TƏRTİB EDİR

Proqramçı məsələnin həlli üçün plan-qrafik tərtib edəndə prioritetləri elə bölüşdürməlidir ki, əsas məqsəd məsələnin həllini tezləşdirmək yox, risklərin minimuma çatdırılması olsun. Sonraya saxlanılan qeyrimüəyyən məsələlərin həlli gələcəkdə çıxılmaz bir nöqtədə dirənə bilər, bu isə hər şeyi yenidən başlamaq məcburiyyətinə gətirib çıxarır.

4. SƏLİQƏLİ YAZIR

Səliqəli yazı dedikdə, yazılmayan proqramçı kodeksi nəzərdə tutulur. Kod elə yazılmalıdır ki onu müşayiət edən hər bir komanda üzvü başa düşsün.

5. LAZIM OLAN KEYFİYYƏTİ TƏMİN EDİR, XƏRCLƏRİ VƏ RİSKLƏRİ MİNİMUMA ENDİRİR

Bu, yəqin ki, ən qəliz bacarıqdır. Proqramçı “Nə alındısa alındı” və “Mükəmməl kod yazdım” arasında qızıl ortanı müəyyən etməyi öyrənməlidir.

6. İŞİNƏ DÜRÜST YANAŞIR

Dürüstlük əsas keyfiyyətlərdən biridir. Burada öz səhvlərinin üzərində işləməkdən tutmuş qrafikdə yaranan kənarlaşmaların analizinədək bütün prosses proqramçının dürüst olmasını tələb edir. Əks halda yazılan proqram Sizə baha başa gəlir. İstər vaxt baxımından, istər keyfiyyət baxımından, istərsə də maliyyə baxımından.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə