8 sualda İşə Götürən Markası

29 iyul, 2018 1 1 796


8 sualda İşə Götürən Markası


1. İşə götürən markası nədir?
Çox qısa şəkildə desək, hər kəsin işləmək üçün can atdığı, hamının işləmək istədiyi bir şirkət. Misal üçün, ölkəmizdə çox insan BP (bu sizin üçün yanlış da ola bilər, amma ağlıma gələn ilk ad bu oldu və əslində bu şirkətin işə götürən markası olaraq mənim üçün yaratdığı imicin məhsuludur) kimi bir şirkətdə işləmək istəyər. İnsanlarda bu istəyi və arzunu yaradan faktorların bütünü BP-nin işə götürən markasıdır. Maraqlıdır, bəs işə götürən markası deyəndə Azərbaycanda sizin ağlınıza ilk hansı şirkət gəlir?

2. “İşə götürən markası” anlayışı harada, nə zaman və kim tərəfindən yaradılıb?
İşə götürən markası 1990-cı illərdə İngiltərədə yaranıb. Bu anlayışın yaradıcı Simon Barrow-dur. Mövzu ilə bağlı ilk akademik araşdırmalar People in Business ve London Business School tərəfindən aparılıb və nəticələri də 1996-cı ildə çap olunub. Ən güclü işə götürən markalarını müəyyən etmək üçün hər il müxtəlif təşkilatlar tərəfindən “İşləmək üçün Ən Yaxşı Şirkətlər” reytinqi elan edilir.

3. İşə götürən markasının “valideyn”ləri “kim”dir?
İşə götürən markası adından da göründüyü kimi həm insan resursları, həm də marketinq sahələri ilə əlaqəlidir, bu sahələrin yanaşmalarından bəhrələnir.

4. İşə götürən markasına necə tərif vermək olar?
İşə götürən markası şirkət tərəfindən işçiyə/namizədə təqdim edilən funksional, iqdisadi və psixoloji faydalar paketidir. Bu işə götürən markasının yaradıcısı olaraq qəbul edilən Simon Barrow tərəfindən verilən əsas tərifdir. Bundan başqa da onlarla tərif vermək mümkündür:

İşə götürən markası şirkət olaraq namizədlərin rəqiblərinizi deyil, sizi seçməsini təmin etmək üçün bir imic və reputasiya yaradılması prosesidir. İşə götürən markası şirkəti digər rəqiblərindən iş yeri, iş mühiti, iş şərtləri, iş şəraiti, əmək haqqı, işçi məmnuniyyəti, reputasiya, iş təklifi baxımından fərqləndirir.

5. İşə götürən markasına daxil olan funksional, iqdisadi və psixoloji faydalar paketi nədir?
Funksional və iqdisadi faydalara əmək haqqı, əlavə ödənişlər, iş şəraiti, məzuniyyət imkanları, beynəlxalq iş imkanları, karyera pilləkənlərində irəliləmək imkanı, təlim və inkişaf fürsətlərinin olması aid edilə bilər. Yəni, daha əllə tutulabilən faktorlar. Psixoloji faktorlara isə insanlara şəxsiyyətlərini qorumaq, imic yaratmaq, nüfuz qazanmaq, özünü ifadə edə bilmək üçün lazım olan daha emosional və mücərrəd faktorlar daxildir. Misal üçün, bir iPhone işlətmək sadəcə onun funksiyaları ilə bağlı deyil, bu eyni zamanda o insan üçün özünü ifadə etmə, nüfuz və imic qazanma, bir üst sinifə, bir xüsusi insanlar qrupuna aid olma alətidir. Yaxud, BP-də işləmək bir həmvətənimiz üçün sadəcə daha yaxşı əmək haqqı almaq, daha yaxşı iş şəraitində işləmək demək deyil, bu eyni zamanda o insan üçün bir üst sinifə aid olma, sosial şəbəkələrdə daha üst təbəqə olaraq qəbul edilmə, nüfuz və imic mənbəyidir.

Çox asanlıqla fərqinə varmaq olar ki, funksional və iqdisadi faktorlar daha çox Maslow-nun Ehtiyaclar piramidasındakı alt mərtəbələrə, psixoloji faktorlar isə daha çox üst mərtəbələrə uyğun gəlir. Xüsusən də, iki şirkətin namizədə təqdim etdiyi funksional və iqdisadi faydalar çox da fərqli deyilsə, namizəd üçün psixoloji faktorlar qərar vermədə daha ciddi əhəmiyyətə malikdir. Hətta, bəzən namizəd əmək haqqı daha az olan bir iş yerini psixoloji faktorlardan dolayı seçə bilər.

6. Bir şirkət hamı üçün eyni dərəcədə işə götürən markasıdırmı?
Təbii ki, xeyr. Bu insanların hədəflərinə, sahələrinə, sahib olduqları dəyər və prinsiplərə görə fərqlilik göstərir. Misal üçün, dünya səviyyəli bir futbolçu üçün “Real Madrid”, ”Barselona”, bir kosmonavt üçün NASA, bir mühəndis üçün Google, bir elm insanı üçün Harvard Universiteti, ölkəmizdə bir neft mühəndisi üçün BP uyğun və güclü bir işə götürən markasıdır. NASA güclü bir işə götürən markası olsa da, bir neft mühəndisi və ya aqronom üçün eyni mənanı ifadə etməyə bilər. Yaxud, spirtli içki və tütün məhsullarına qarşı olan bir insan güclü bir işə götürən markası olsa belə, British American Tobacco və ya Heineken şirkətləri onun üçün bu mənada əhəmiyyətli olmayacaq.

7. İşə götürən markası olmayan şirkət və ya iş yeri varmı?
Xeyr, işə götürən markası güclü və ya zəif olan şirkət və ya iş yeri var. Yəni bir yerə biz iş yeri deyiriksə, bir yerdə bir nəfər olsa belə işləyərək əmək haqqı alırsa, o yerin öz səviyyəsində bir işə götürən markası var. Misal üçün, binamızın girişindəki kiçik marketin, dayanacaqdakı qəzet, saqqız, siqaret satan köşkün belə işə götürən markası var. Yəni, o yerlərdə də hər birimizin işləmək ehtimalımız var. Amma biz bunu nə dərəcədə istəyirik? Təbii ki, BP ilə kiçik bir marketin işə götürən markaları eyni səviyyədə deyil. Çünki onların təqdim etdiyi faydalar paketi (5-ci sual) çox fərqlidir.

8. Bir şirkətin işə götürən markası ilə onun məhsul/xidmət markası arasında fərq varmı?
Təbii ki, bu iki anlayış bir-birini dəstəkləyir. Şirkət hər birində nə qədər yaxşı olsa, digərində də o qədər irəliləmək mümkün olacaq. Amma bu iki anlayış arasında fərqlər də var. Məhsul/xidmət markası daha çox müştərilərə, işə götürən markası isə daha çox cari və potensial işçilərə diqqət yetirir. Bunu aşağıdakı şəkildə də açıq-aydın görmək mümkündür.

İşə götürən markası, employer brand nədir

8 sualda İşə Götürən Markası


Müəllif: Tehran Abdurrahimov











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
Kim23 iyul 2024, 04:52
Hello! Someone in my Myspace group shared this website with us so I came
to take a look. I'm definitely enjoying the information. I'm bookmarking and will be tweeting this to my followers!
Excellent blog and fantastic style and design.

Stop by my web-site Myla
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə