Favoritizm, nepotizm və day-day

17 sentyabr, 2018 3 1 477


Favoritizm, nepotizm və day-day


Milli Insan Resursları forumunun təşkilatçısı kimi tanıdığımız İnsan Resursları mütəxəssisi Cabir Süleymanlı öz bloqunda işaxtaranların "day-day" məsələsinə toxunub:

Bir gün telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Cavab verdim və qarşı tərəf bir nəfəsə danışmağa başladı: “Ay Cabir “müəllim” dünyanın heç harasında belə şey yoxdu. Bizim day-dayımız yoxdur deyə uşağımız fəhləmi işləməlidir?! Bu şirkət niyə belə edir?” Daha əvvəl işlədiyim şirkətlərdən birində, koordinasiya etdiyim layihədə işə götürülən bir nəfərin valideyni imiş. Bu məsələ həmin şəxs işə götürüləndən bir ay sonra başlamış və görünür ki, hələ də davam etməkdə idi. “Ay müəllim, (sonradan müəllimə olduğunu öyrənsəm də) mən artıq həmin şirkətdə işləmirəm” deməyimə baxmayaraq xanımla 15 dəqiqədən çox dərdi ilə bağlı söhbətləşdik. Ona işin düşündüyü kimi “day-day” məsələsi ilə bağlı olmadığını izah etməyə çalışsam da əbəs olduğunu görüb sağollaşmalı oldum.

2015-ci il idi. Sakarya Universitetindən qrup yoldaşımın toyu üçün İstanbula getmişdim. Başqa bir dostumuz məni hava limanında qarşıladı və səhər yeməyi üçün Çamlıca təpəsinə getdik (Yeri gəlmişkən, İstanbula yolu düşənlərə bu təpəni görməyi mütləq tövsiyyə edirəm). Yol boyunca fikirli olan dostumun ora çatdıqda da maşından düşərək kimləsə narahat şəkildə danışdığını görüb maraqlandım. “Abi (qeyd, əslində ağabey), bizim xanımın işi ilə bağlıdır. Filan yerə işə girəcək. Ona görə bizim millətvəkilindən “torpil” axtarırırıq..”

2017-ci ildə Almaniya və Azərbaycanın İqtisadiyyat nazirlikləri, GIZ təşkilatı və Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Münhen şəhərində 20 nəfərlik azərbaycanlı iş adamı ilə 1 aylıq təlim proqramında olduq. Həm ziyarət, həm ticarət prinsipinə əsaslanaraq təlimə davam edərkən, boş vaxtlarımızda da gəzə bilirdik. Çexiyada oxuyarkən otaq yoldaşım olmuş əslən Xorvatiyadan olan Avstiya vətəndaşı Mariyan adlı dostumla zəngləşdim və Münhendə işlədiyini öyrəndim. Beləcə şəhərdə görüşdük və üstündən ötən 5 ilin söhbətini (red. - qeybətini) etdik. Əvvəlcə Avstriyada iş həyatına başlayıb. Ancaq özünün ifadəsi ilə “politics” imkan verməyib. Söhbət edərkən anladım ki, bizim “torba tikmə” terminimizi bunlar “politics” olaraq işlədirmiş. İş yerində (Avstriyada) rəhbərin yaxınlarının oduğunu və onların dostumun torbasını tikməyə çalışdığını, onun da bezib Münhenə gəldiyini bildirdi. Ancaq, burda da tam xoşbəxt deyildi və yüksək (50%) vergilərdən gileylənirdi. Buna görə də İsveçrəyə köçməyi planlaşdırırdı.

Bu 3 fərqli ölkədən xatirələrimi ona görə danışdım ki, “Dünyanın heç harasında belə şey yoxdur” deyən, lakin pasportunda heç Gürcüstan möhürü də olmayan, ya da getdiyi ölkəyə sadəcə iki-üç günlük turist kimi getmiş olan həmvətənlərimizi biraz sakitləşdirim. Bu məsələlər dünyanın hər yerində və bəlkə də dünya yarandığı tarixdən var. Sadəcə bizdə hər şey olduğu kimi, bu da tamam fərqlidir. İzah etməyə çalışacam.
Bəli, qardaş ölkəmizdə “torpil” (day-day), dövlət işinə girməkdə illərdir istifadə olunan bir mexanizmdir. Bizdəki kimi dövlət imtahanınında kifayət edən qədər bal topladıqda növbət “mülakat” (müsahibə) mərhələsinə çağrılırsan və bu “torpil” də burda işə yarayır. Kiməsə torpillik eləyəcəklər şəxslər, bu şəxsin öz fikir və ideologiyasından, doğulduğu məmləkətdən, qohum, əqrabası arasından olmasına diqqət edir. Çünki ona etibarlı və eyni zamanda gələcək fikrini, ideologiyasını dəstəkləyəcək fərdlər lazımdır.

Bu yaxınlıq, qohumluq əlaqəsi olanları işə götürmə və ya vəzifədə yüksəltmə yuxarıda verdiyim misaldan da göründüyü kimi sadəcə şərq cəmiyyətlərinə aid olan bir məsələ deyil. Cambridge Universiteti lüğətində favoritism sözünün mənası bu şəkildə qeyd edilir: “Bir şəxsə və ya qrupa göstərilən ədalətsiz dəstək, xüsusilə də səlahiyyətli şəxslər tərəfindən”.

Georgetown Universiteti tərəfindən Amerikada aparılan bir araşdırmanın nəticələrinə görə sorğuda iştirak edən ən yüksək rəhbərlikdə (C level) olanların 92 %-i vəzifə yüksəlişində favoritizmin rolunu gördüklərini bildiriblər. Onlardan 56%-i bildirib ki, vəzifə yüksəlişi üçün bir nəfərdən çox namizəd olduğu hallarda, müzakirələr başlamadan öncə onlar kimin seçiləcəyini artıq müəyyən etmişdilər.

Favoritizmin daha dar forması isə nepotizm sayılır. Nepotizmin Oxford lüğətində izahı belədir: İtaliyan mənşəli bacıoğlu (nephew) sözündən gələn nepotizm, xüsusilə işə qəbul zamanı ailə fərdləri lehinə qərar vermək. Gördüyümüz kimi day-day termini də elə belə yaranmayıb və bu şətəl dünyaya deyəsən italyanlardan yayılıb.

Hərkəsin yanaşması fərqli ola bilər. Mənim yanaşmam da bu şəkildədir ki, tanıdığın insanı işə qəbul etmək normal bir haldır. Ancaq bu baxır, onu necə tanıyırsan və bu tanışlıq dedikdə nə nəzərdə tutulur. İllər əvvəl şəkili bir sahibkarın yanında işə başlayanda hamı elə bilirdi ki, qohumluq əlaqələrim var deyə məni işə qəbul edib. Halbuki, mən sonradan şəkili olmuşam J və işə qəbul zamanı həmin sahibkar bunu bilmirdi. Sadəcə mənimlə iş görmüşdü və tanıdığı, işləmə prinsipimə və işi görə biləcəyimə inandığı üçün mənə iş təklif etmişdi.

Bunun adına qərb terminologiyasında da istifadə olunduğu kimi referans deyə bilərik. İnsan resurslarında işləməsəniz belə, əgər rəhbərsinizsə şöbənizə, sahibkarsınızsa şirkətinizə işçi axtararkən bunun necə qəliz və tam işinizə yarayacaq adamın necə çətin proses olduğunu yəqin ki, təsdiqləyə bilərsiniz. İndi çox eşidirik bu sözü; Xaricdə iki universitetdə təhsil alıb, amma iş tapa bilmir. Ay bacıoğlu, axı iki universitetdə təhsil alsa da, adam iş yerində səhərdən axşamacan əsnəyir, işinə məsuliyyətlə yanaşmır, iş tapşırırsan günü keçirib saatın 6 olmasını gözləyir, ən xırda məsələdə belə özü qərar verməyi bacarmır. Daha yazmaqla izah edilməyəcək bir çox davranış keyfiyyətləri var ki, bunları xaricdə oxumaqla qazanmaq mümkün deyil.

Almaniyanın Nünberq şəhərinin Əmək və Peşə İnstitunun apardığı sosial sorğuya əsasən referans məsələsi Almaniyada da çox vacib amildir. Yeni iş tapanların 3’də biri bunu sosial əlaqələri, əvvəlki iş yoldaşları, tanışları və dostları vasitəsilə bacarırlar.

Amerikalı iş adamı və yazar Keith Ferrazzinin hazırda oxuduğum kitabı “Əsla tək yemə”də (Never eat alone) “İş tapmaq” adı verilən araşdırmadan bəhs edir ki, bu sahədə referans səviyyəsində bir iş olmuşdur və əldə edilən nəticələr keçən neçə illərə baxmayaraq təkrar-təkrar özünü təsdiqləmişdir:

Malcolm Gladwell`in çox satılan kitabı “Tripping Point”də 1974-cü ildə sosioloq Mark Granovetter tərəfindən Massaçusetsdə yaşayanlar arasında aparılan bir araşdırmadan bəhs edilir. Araşdırmanın mövzusu müşahidə aparılan şəxslərin işlərini necə tapdıqlarıdır.
Granovetter, təhlil etdiyi şəxslərin 56%-inin işlədiyi iş yerini şəxsi tanışlığı sayəsində tapdığını müəyyən edir. Bunların sadəcə 19%-i klassik iş axtarış metodlarından istifadə etmiş olur. Yuvarlaq desək 10%-i birbaşa işəgötürənə müraciət edib işə girmişdirlər.

Şəxsi tanışların qapıları açan açarlar olduğu yeni bir fikri deyil. Təəccüblüsü isə, həmin şəxslərin cəmi 17%-i onlara iş tapmaqda kömək edən insanlarla sıx-sıx görüşürmüşlər. 55% həmin tanışlarını arada bir, 28%-i isə heç görmürlərmiş.
Bu araşdırmanın nəticəsi olaraq Granovetter belə bir ifadəni əbədiləşdirmişdir: “ Zəif əlaqələrin gücü”. Yeni bir iş tapdığınızda, ya da yeni fikirləri, yeni məlumatları əldə etmədə zəif əlaqələrin güclü olduğunu fikirləşdiyimiz əlaqələrdən daha güclü olmasını iddia etmişdir.
Yaxşı, bəs niyə? Fikirləşin ki, ən yaxın dostlarınız və tanışlarınız eyni məkanlara gedib əylənir, ümumiyyətlə bir-birinin eyni olan işləri görür və sizin yaşadığınıza oxşar bir dünyada, aləmdə yaşayır. O səbəblə də sizin bilmədiyiniz bir məlumatı bilməsi çox böyük bir ehtimal deyil. Zəif əlaqələriniz isə çox vaxt sizinkindən daha fərqli bir dünyada yaşayarlar. Başqa insanlarla gəzirlər, dolayısı yolla da sizdən daha fərqli bir məlumat bazasına sahibdirlər.

Tanıdığımız, bizim yanaşmamızı, işə qarşı məsuliyyətimizi, çörək almağa göndərəndə yarıdıb yarıtmadığımızı bilən insanlar yanında işə qəbul zamanı əlavə bir “+”umuz olur. Ona görə də işə yanaşmamızda “istənilən”, “axtarılan” olmalı və sosial çevrəmizə bunu komunikasiya etməyimiz lazımdır. Həmçinin İnsanlara kömək etməyi, onlarla ünsiyyət qurmağı bacarmaq, güləriz olmaq və ən əsası da sadəcə kimlərləsə tanış olmaq, onlardan köməklik gözləmək yox, o insanların da işinə yaramaq lazımdır.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Harrell17 sentyabr 2024, 22:11
Aw, this was an extremely good post. Taking the time and actual effort to make
a good article… but what can I say… I procrastinate a
lot and don't seem to get nearly anything done.

my page Jessey
Zac2 oktyabr 2024, 11:15
Visit our William Hill evaluate page for extra
professional perception and analysis.

Also visit mmy blog: read more
Sylvester4 oktyabr 2024, 19:48
The most trusted soccer betting sites have one thing for everybody, with odds on teams, targets,
bookings, and corners plus in-play odds for each EPL fixture.


Here is my web-site - 안전놀이터
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə