Sokratdan 8 həyat dərsi

30 sentyabr, 2018 0 2 316


Sokratdan 8 həyat dərsi


Qərb fəlsəfəsinin qurucusu hesab edilən Sokrat 70 illik həyatının sonunda gəncləri yoldan çıxartmaq və dinsiz olmaq ittihamları ilə məhkəmə tərəfindən ölüm cəzasına məhkum edildi. Zəhəri içdi və uzanıb ölümü gözləməyə başladı. Kim bilir həmin vaxtda nələr düşünürdü?

Heç bir yazılı əsər buraxmayan Sokrat şifahi ifadənin və dialoqun daha təsirli olduğuna inanırdı. O, özünə məxsus metodla (“Sokrat Metodu”) insanların düşüncələrini mütəmadi sorğulamış və onların da başqalarını sorğulamasına köməklik etməyə çalışmışdır. Platonun əsərlərindən tanıdığımız Sokrat və onun fəlsəfəsi bizlər üçün olduqca önəmli və düşündürücüdür.

Gəlin bir az Afina küçələrində dolaşaraq, Sokratın tələbəsi olaq.

1) Əsl müdriklik – bilmədiyiniz şeyləri bilmədiyinizi bilməkdir.
“Bir şey bildiyim üçün yaşayan ən müdrik insan mənəm və bu heç bir şey bilmədiyimdir”.

“Bilmək heç nəyi bilmədiyini bilməkdir”.

“Əsl müdriklik özümüzü, həyatımızı və dünyanı nə qədər az anladığımızı fərq etdiyimizdə hamımıza gələr”.

2) Görünmək istədiyin kimi ol.


“Şərəfli yaşamağın ən qısa və ən düzgün yolu olmaq istədiyimiz insan olmaqdır”.

3) Əgər nəsə etməsən, heç nə dəyişməz.


“Dünyanın dəyişməsini istəyən ilk öncə özünü dəyişdirsin”.

4) Kifayət qədər şeyə sahib olduğunun fərqində olanlar əsl zənginlərdir.


“Azla kifayətlənən ən zəngin insandır”.

“Məmnunluq təbii zənginlikdir, lüks isə süni xoşbəxtlikdir”.

5) Əsas dəyərli olan həyat deyil, yaxşı bir həyatdır.


“Sorğulanmamış həyatı yaşamağa dəyməz”.

“Önəmli olan yaşamaq deyil, həqiqətən yaxşı bir şəkildə yaşamaqdır. Yaxşı bir şəkildə yaşamaq xoşagələn şeyləri prinsiplərinizə görə yaşamaq deməkdir”.

6) Özünüzü dünyanın müəyyən bir parçası olaraq görün, hər şeyi kəşf etməyə çalışın.
“Mən Yunan və ya Afinalı deyiləm, dünya vətəndaşıyam”.

7) Dostluq üçün tələsməyin.


“İnsanlarla dost olmaq üçün tələsməyin, amma dost olduğunuzda möhkəm dost olun”.

8) Maraq göstərməyi heç vaxt tərk etmə.
“Maraq müdrikliyin başlanğıcıdır”.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə