İşçilərə görə ödənilən yemək xərcləri ilə bağlı ciddi dəyişiklik

30 dekabr, 2018 0 810


İşçilərə görə ödənilən yemək xərcləri ilə bağlı ciddi dəyişiklik


Milli Mühasiblər Forumunun seminarında eksperti (MKS.az saytının), sərbəst auditor Altay Cəfərov “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən mühum dəyişikliklər haqqında məlumat verib: “Qanunun “Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri” adlı 15-ci maddəsinə edilən dəyişikliyə diqqətinizi yönəltmək istəyirəm.

Qüvvədə olan qanunvericiliyə əsasən, təşkilatda çalışan işçinin yemək xərcləri üçün ödənişlər üzrə sosial sığorta hesablanması həyata keçirilməli idi. Bu məqsədilə ödənilən xərc məbləği işçinin gəliri hesab edilir. Bu zaman boşluq yaranırdı ki, təşkilat öz mənfəəti hesabına işçisini yeməklə təmin edirsə, niyə həmin məbləği sosial ayırma hesablanmalıdır. Artıq yeni dəyişiklikdən sonra bu boşluq aradan qaldırıldı. “Sosial Sığorta haqqında” Qanuna edilən əlavəyə əsasən, sığortaedənin işçilərinin yeməklə təmin edilməsi ilə bağlı üçüncü tərəfə ödədiyi vəsaitə sosial sığorta haqqı hesablanmayacaq. Bu cür ödənişlər nəğdsiz olaraq aparılmalıdır.”











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə