İnsan kapitalı indeksi-Asiya ölkələri

16 yanvar, 2019 0 1 544


İnsan kapitalı indeksi-Asiya ölkələri


Asiya iqtisadiyyatı əhalisinə sərmaye qoyaraq, gəlir əldə edir
Dünya Bankının (DB) rəhbəri Cim Yon Kim Son çıxışında yeni “İnsan Kapitalı İndeksi”ni şərh edərək bildirib ki, dünya miqyasında avtomatlaşdırma və qida çatışmazlığı problemlərini “Ərəb baharı” kimi orta təbəqə əhalisi arasında növbəti iğtişaşlara səbəb ola bilər.
Xatırladırıq ki, “İnsan Kapitalı İndeksi” dünya əhalisinin təhsil, bacarıq və səhiyyə vəziyyətini (sağlamlığını) ölçür. DB bu indeksdə aşağı nəticə göstərən dövlətlərə bir növ çağırış edərək, onları ölkə əhalisinin sağlamlıq və təhsil imkanlarına yatırım etməyə çağırır. Bəzi ölkələr bu çağırışı eşitmir, bəzilərisə düzgün nəticə çıxardırlar.


“İnsan Kapitalı İndeksi”ndə yüksək nəticə göstərən Asiya ölkələri
İndeks ölkələri 0-dan 1-ə qədər qiymətləndirir. 1 nəticə əldə edən ölkənin bütün əhalisi 60 yaşına qədər çatır, 14 yaşına qədər olan uşaqlar isə tam və yüksək səviyyəli pulsuz təhsil əldə edir və heç bir uşaq qida çatışmazlığından əziyyət çəkmirlər.
Asiya ölkələri bu indeksdə ilk 5 yerdən 4-nü tutublar. Birinci yerdə 0,88 nəticə ilə Sinqapur qərarlaşıb.
Sinqapur uşaqlarının əksəriyyətinin (təqribən 98%) beynəlxalq standartlarda qəbul olunmuş orta məktəb biliklərinə yiyələnmək şansı var. İkinci və üçüncü yeri 0,84 nəticə ilə Cənubi Koreya və Yaponiya öz aralarında bölüblər. Bu 2 ölkədə cari ildə doğulan uşaqlar 85 yaşına qədər çatacaqlar. Çinin xüsusi administrativ ərazisi olan Honq – Konq indeksdə (0,82 nəticə) 4-cüdür. Top beşliyi bağlayan ölkə isə Finlandiyadır.

İnsan kapitalı indeksi-Asiya ölkələri


Geridə qalanlar
Lakin bir çox ölkələr bu indeksdə olduqca aşağı nəticə əldə ediblər.
Aşağı nəticə əldə etmiş ölkələrdə 14 yaşına qədər olan uşaqlar nəyinki yüksək səviyyəli təhsil almır, onlar heç minumum təhsil dövrünü başa çatdırmırlar.
İndeksin nəticələrinə görə bu gün dünyada 115 milyon uşaq qida çatışmazlığından (aclıqdan) əziyyət çəkir və bu da öz növbəsində onların təhsil almaq və şəxsi inkişaf əmsalına olduqca mənfi təsir edir. Eyni zamanda aşağı təhsil səviyyəsinə görə 250 min uşaq məktəbə getdiklərinə baxmayaraq, gələcəkdə lazım ola biləcək heç bir biliyi yiyələnmirlər.

İnsan kapitalı indeksi-Asiya ölkələri












HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Finmarket.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə