Azərbaycanda İELTS imtahanı verərkən hər kəsin etdiyi 5 vacib xəta!

24 oktyabr, 2018 1 1 322


Azərbaycanda İELTS imtahanı verərkən hər kəsin etdiyi 5 vacib xəta!


Ümumiyyətlə nə qədər də, İELTS imtahanı ingilis dilini göstərməsə də xarici ölkədə ali təhsil almaq üçün lazım olan əsas sənəd hesab olunur. Düzü bizim ölkədə İELTS-dən yüksək nəticə əldə edənlər xaricə getmək əvəzinə, qalıb ölkədə müəllim işləyir. Amma belə bir həqiqət var ki, bu sertifikat 2 illik olsa belə ölkədən çıxmaq üçün yeganə yollarımızdan biridir, hətta yeganə yoldur da deyə bilərəm. Adətən ingilis dili səviyyəniz İELTS üçün uyğundursa ya kursa gedərək, ya da fərdi hazırlaşaraq bu imtahan üçün qeydiyyatdan keçirsiniz. İmtahanın hazırki qiyməti 335 AZN-dir. Yəni bu ödənişi ödəyrək imtahana daxil olub İELTS ala bilərsiniz. Bilməyənlər üçün qeyd edim ki, İELTS özü 4 mərhələdən ibarətdir: Reading (oxuma), Listening (dinləmə), Writing (yazma), Speaking (danışma). Google-da bu barədə axtarış etsəniz minlərlə pulsuz vəsait əldə edə bilərsiniz. Hətta mən sizin üçün axtarış etdim və 22 oktyabrda başlayacaq pulsuz kurs tapdım :), bu da linki . Təbii ki bununla kifayətlənməyin, internetdə bu barədə çoxlu resurslar var.

Fikir vermişəm, ielts mərhələsində imtahan verən insanların etdiyi səhv çox olur, hansı ki bu imtahan balına təsir edir. Bilməyənlər üçün onu da qeyd edim ki İELTS imtahanında maksimum imtahan balı 9 olur. Ölkədə buna nail olmaq çətin olsa da imkansız deyil, nail olan çox insanlar var. Daha yüksək ielts balı daha yaxşı universitetlər və daha gəzməli şəhərlər deməkdir. Amma əgər ielts üçün hazırlığa başlamısınızsa bu məqaləni bir gözdən keçirmənizi təklif edirəm.

1) Kurslar adətən səviyyənizin İELTS imtahanı üçün yetərli olduğunu, ya da ki İELTS zamanı onun artacağını deyirlər.

Azərbaycanda İELTS imtahanı verərkən hər kəsin etdiyi 5 vacib xəta!



Çalışın İELTS-ə başlamazdan əvvəl ingilis dili səviyyənizi öyrənin, bunun üçün istər British Councilda istərsə də Cambridgedə onlayn pulsuz testlər mövcuddur. Hətta google-da özünüz araşdırsaz nə qədər ingilis dili səviyyə testləri tapa bilərsiniz, əgər google-a güvənmirsinizsə getdiyiniz kursda ingilis dili səviyyənizi yoxlayın amma çalışın hər bölmə üzrə bunu etsinlər, yəni oxuma, yazma, danışma, dinləmə. Çünki siz İETLS zamanı 4 bölmə üzrə hazırlaşacaqsınız. Ölkədə insanların ən çox səhv etdiyi səviyyəsi yetərli olmadığı halda İELTS kursuna başlamaqdır. Bu zaman həm siz çox yorulacaqsınız, həm də sonda əldə etmək istədiyiniz nəticə istədiyiniz kimi olmayacaq.

2) Təkcə müəllimin vəsaitləri ilə kifayətlənməyin, o sizin balınıza yalnız 70% təsir edəcək

Azərbaycanda İELTS imtahanı verərkən hər kəsin etdiyi 5 vacib xəta!


Kursa gedən əksər insanlar müəllimlərə çox arxayın olur, yalnız onların vəsaitlərini oxumaqla kifayətlənir. Amma İELTS təkcə müəllimdən asılı bir şey deyil, əgər siz öz üzərinizdə işləməsəz, yeni vəsaitlər tapmasanız nəticəniz gözlənilən kimi olmayacaq. Məsələn baxdığınız filmlərə ingilis alt yazısı və ingilis dilində baxmaqla, metroda və ya avtobusda pulsuz podcastlar dinləməklə, pulsuz ielts oyunları oynamaqla bunu edə bilərsiniz. Unutmayın sonda İELTS imtahanını müəllim yox, siz özünüz verəcəksiniz.

3) Az sayda İELTS sınaq imtahanlarına girməyin, çalışın əsas imtahana qədər fərqli-fərqli yerlərdə sınaq imtahanlarına girin.

Azərbaycanda İELTS imtahanı verərkən hər kəsin etdiyi 5 vacib xəta!


IELTS üzrə olan sınaq imtahanlarına mock exam deyirlər. Çox vaxt imtahan verəcək insanlar cəmi 1 və ya ən çox 2 dəfə belə imtahana girirlər. Ona görə də vaxtın çatdıra bilməməkdən, ya da başqa səbəbləri bəhanə edərək şikayətlənirlər. Əslində bunu həll etmək üçün çalışdığınız qədər çoxlu İELTS sınaq imtahanı verməlisiniz. Çünki İELTS təkcə dil deyil həmçinin vaxtın düzgün idarə edilməsi üzrə bir imtahandır. Azərbaycanda çox kurslar pulsuz sınaq imtahanları təşkil edir. Təbii ki, pullu olanları da var. Amma əgər yaxşı nəticə istəyirsinizsə belə imtahanlara pul ödəməkdən çəkinməyin.

4) İELTS imtahanını xaricdə verib yüksək nəticə alacam.

Azərbaycanda İELTS imtahanı verərkən hər kəsin etdiyi 5 vacib xəta!


Mən demirəm ki, siz İELTS sınağını xaricdə versəniz balınız yuxarı olmayacaq, ola bilər ki olsun. Amma bu qədər zəhmətə və xərcə nə gərək var?. Ölkəmizdə İELTS üzrə yüksək bal toplayanlar yoxdurmu?, onlar necə əldə edib o nəticəni?. Fikirlərinizə təsir etmək istəmərəm, amma gəlin realistik olaq, 2 illik bir sertifikata görə o qədər pul verib xaricdə imtahan verməyə dəyməz.

5) Altı aydan çox İELTS imtahanına hazırlaşıb, yüksək nəticə əldə edəcəyini düşünmək.

Azərbaycanda İELTS imtahanı verərkən hər kəsin etdiyi 5 vacib xəta!


Əgər ingilis dili səviyyəniz İELTS imtahanı üçün uyğunsa sizə ən az 3 ay ən çox isə 4 ay yaxşı nəticə üçün bəs edər. Adətən 3 ay üzərində İELTS imtahanına hazırlaşan şəxslərin nəticəsi minimum 5-7 arası ola bilir. Bu aralıqda yüksək nəticə göstərmək isə sizin gününüzün nə qədər hissəsini ona sərf etməyinizdən asılı olacaq. Məsələn gündə hər bir səviyyə üçün 1 saat məncə kifayətdir. Əgər nəticənizin 7-dən yuxarı olmasını istəyirinizsə 4 ay ərzində hər bir bölməyə 2 saat vaxt ayırmalısınız, amma təbii ki istirahət edə-edə. Yəni sözümün canı odur ki, İELTS üçün 6 aydan çox sərf eləmək sizə ziyandır. Cibinizə yazığınız gəlmirsə, özünüzə gəlsin. Bir ilin yarısını bu imtahana sərf eləməklə yaxşı nəticə olmur, yaxşı nəticə üçün çox sınaq işləyərək özünüzü inkişaf etdirməlisiniz. Eyni zamanda bir azda İELTS məntiqini tutmaq lazım olacaq.

Yəni bu imtahanı verəcək olanlar və ya vermək istəyənlər bu 5 hal üzərində durmadan işləyin. Onu nəzərdə tutmuram ki, bunların hamısını edən insan yüksək nəticə yığacaq amma ki hazırlaşdığınız İELTS imtahan planı düzgün olacaq. Sizə uğurlar arzulayıram :)

Müəllif: Xəzər Aslanov











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banco.Az
Oxşar məqalələr
Şərhlər
Mekos23 iyul 2024, 02:08
Every weekend i used to visit this web site, for
the reason that i wish for enjoyment, since this this web page
conations in fact fastidious funny data too.


Feel free to visit my blog; Tonyetta
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə