İşə qəbul prosesinin mərhələləri

02 iyun, 2018 0 12 079


İşə qəbul prosesinin mərhələləri


Özəl sektorda işə qəbul prosesi bir neçə mərhələdən ibarət olur və demək olar ki bütün müəssisə və təşkilatlarda bir-birinə oxşardır. Təbii ki, istisnalar mövcuddur. Amma istisnalar qaydanı pozmur. Bu yazımda ümumi olaraq götürsək işə qəbul prosesinin mərhələləri haqqında öz fikirlərimi paylaşacam.
Hər şeydən öncə qərar verməyimiz gərəkən şey hansı sahədə və ya hansı təşkilatda çalışmaq istəyimizdir. Çünki əgər işimizdən zövq almaq, yaxşı nəticə əldə etmək istəyiriksə hər şeydən öncə sevəcəyimiz işlə məşğul olmağımız və yaxud məşğul olacağımız işi sevməyimiz lazımdır.

Hansı işdə çalışacağınıza qərar verdikdən sonrakı ilk addım o sahədə yaranmış vakansiya bağlı CV göndərərək müraciət etməyiznizdir. Müraciət etdiyiniz vəzifə üzrə tələblərə uyğun gəldiyiniz halda təşkilat tərəfindən əlaqə saxlanılaraq növbəti mərhələyə dəvət olunursunuz. Növbəti mərhələ əksər təşkilatlarda test mərhələsiolur. Test mərhələsində adətən IQ səviyyənizin yoxlanılması məqsədilə riyazi məntiq yönümlü suallar və ixtisasla bağlı suallardan imtahan oluna bilərsiniz. Və ya bəzi şirkətlər öz rəsmi saytlarında test mərhələsində hansı mövzulardan suallar olacağı ilə bağlı məlumat yerləşdirirlər. Namizəd test mərhələsi üzrə nəzərdə tutulmuş keçid balı səviyyəsini topladıqda müsahibə mərhələsinə dəvət olunur. Test mərhələsində müəyyən keçid balı nəzərdə tutulsa da, adətən vakant olan yer sayına uyğun ən yüksək bal toplamış namizədlərlə əlaqə saxlanılır. Müsahibə mərhələsi bəzən fərdi və qrup müsahibəsi kimi iki mərhələdən ibarət ola bilər. Qrup müsahibəsində adətən insan resursları şöbəsindən bir əməkdaş və müraciət etdiyiniz vəzifənin aid olduğu şöbədən əməkdaş adətən mütləq olur. Əlavə bir neçə iştirakçı da iştirak edə bilər. Bu, müraciət etdiyiniz vəzifədən, təşkilatdan v.s amillərdən asılı ola bilər. Bir məqamı da qeyd edim ki, təcrübədə bəzi müəssisələrdə müsahibə mərhələsinin test mərhələsindən əvvəl edildiyi də görülür.

İşə qəbul prosesinin mərhələlərindən biri də rekomendasiya, yəni sizin haqqınızda rəy alınma mərhələsidir. Rəy verən şəxslər, sizin universitet müəllimləriniz, əgər müraciət etdiyiniz iş yeri ilk iş yeriniz deyilsə köhnə iş yerinizdən rəhbərləriniz ola bilər. Bu mərhələ adətən test və müsahibə mərhələsindən uğurlu keçmiş, artıq işə götürülməsi planlaşdırılan namizədlər üçün aparılır. Əgər bir mərhələdə də sizin haqqınızda verilən rəy qənaətbəxş olarsa namizəd vakant vəzifəyə münasib hesab edilir.

Unutmamaq lazımdır ki, işə qəbuldan sonrakı bir neçə ay ərzində də yeni qəbul olunmuş işçinin davranışları və işə yanaşma tərzi nəzarət altında olur. Əgər işinizdə uğur əldə etmək istəyirsizsə nəinki sınaq müddətində, ümumiyyətlə əmək fəaliyyətiniz dövründə işinizi sevərək görməyə çalışın və davranışlarınız daim nəzarətiniz altında olsun. Emosional hərəkətlərdən çəkinməyə çalışın. Çünki iş yerində fərdin istədiyi kimi deyil, şirkətin tələb etdiyi standartda davranışınız önəmlidir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Nüsrət XƏLİLOV
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə