İş tapmağa mane olan səhvlər

20 iyul, 2018 1 1 652


İş tapmağa mane olan səhvlər


İş axtarmağın ideal üsulu yoxdur. Lakin prosesi təşkil etmək üçün minlərlə variant var. Biz hər bir işaxtaranın tez – tez qarşılaşdığı bir sıra səhvləri seçdik.

Siz nə axtardığınızı bilmirsiniz

CV-nin bəzi formalarında “Məqsəd” bölməsi var. İşəgötürənlər gözləyirlər ki, bu yerə namizədlər qazanmaq istədikləri vəzifənin adını yazacaqlar. Lakin vəzifənin əvəzinə, adətən köhnəlmiş “Yaxşı gəliri və mehriban kollektivi olan stabil iş axtarıram” ifadəsi yazılır. Əlbəttə, hamı üçün qabaqcadan 20 illik inkişaf planı yazılmayıb, çoxlarına bu lazım da deyil. Axtarışın dəqiq kriteriyaları isə hamı üçün vacibdir. Stabil iş yeri axtardığınızı - dəqiqləşdirin, bu sizin üçün nə deməkdir: böyük etibarlı kompaniya, yüksək maaş, yoxsa sadəcə evə yaxın rəsmi iş yeri. Əgər sizə nə ilə məşğul olmağın fərqi yoxdursa, təki yaxşı qazanc olsun - dəqiqləşdirin, hansı sferada yaxşı nəticə əldə edə bilərsiniz, sizin hansı təcrübəniz var və bütün qüvvənizi bu sahədə axtarışlara sərf edin.

Siz yalnız özünüzə güvənirsiniz

Çoxları işsiz qaldıqlarını söyləməyi sevmirlər. Lakin yeni iş axtarışında ən yaxşı məsləhət – bütün tanışlıqlardan və iş əlaqələrdən istifadə etməkdir. İnanın insanlar kiməsə lazımlı olmaqdan şad olurlar! Axtarışın bir üsulu üzərində dayanmayın. Nə qədər aktiv və düşünülmüş hərəkət etsəz, o qədər keyfiyyətli nəticə əldə edərsiz.

Siz bütün işəgötürənlərə eyni formada müraciət edirsiniz

Tənbəllik etməyin CV ilə yanaşı “Dublikatını çıxarmaq” düyməsini sıxın. Müraciət göndərəcəyiniz vakansiyanın tələbinə uyğun şəkildə yeni sənəd tərtib edin. Əgər işəgötürən proyektə baş mühəndis axtarırsa, çətin ki, o İTŞ-nin mühəndisinin CV-nə baxar. Əgər teleaparıcı axtarılırsa, redaktor CV-si dəqiq səbətə yollanır və hətta keçilən kurs belə oxunmur. Bu xırda bir şey kimi görünə bilər: məlumdur ki, siz bu vakansiyaya uyğunsunuz, diplomunuz da var, budur, sizə əhsən olsun yazılıb təşəkkür də bildirilir. Lakin çoxsaylı təsadüflər üst - üstə düşməlidir ki, sizin bəxtiniz gətirsin ona görə yaxşısı budur, hər şeyi ideal edin və qeyri-müəyyənliyi minimuma endirin.

Siz CV-ni yeniləmirsiniz

Hər şey sadədir: siz CV-nizi yeniləmirsiniz, onu axtarış sənədlərinin arasında tapmaq gündən-günə çətinləşir. Özünüz yeniləyin və ya “Avtomatik yeniləmə” -ni qoşun.

Siz qeyri–işgüzar əhval ruhiyyədəsiniz

Göndəriş məktubuna əyləncəli şer əlavə edirsiniz. Rekruterdən inciyirsiniz ki, o ağıllı görkəmlə oturur, amma heç nə başa düşmür. Sizi layiqincə qiymətləndirməmələrini uzun uzadı danışırsınız. İşəgötürənlərə şikayətlənirsiz ki, yaxşı iş azdır. İşədüzəlmə prosesini daha nə cür uzatmaq olar?

Heç olmazsa, təqdimat vaxtı işgüzar görkəm alın, nəzakətli və işgüzar ciddi və praktik.Bu yolla tanış olmayan adamlarla daha asan dil tapmaq olar – işəgötürən və rekruter sizin üçün tanış olmayan adamlardır. Onlar ilk növbədə sizin necə gözəl işlədiyinizi başa düşmək istəyirlər. Artıq bundan sonra sizin artistliklə danışdığınız lətifələri dinləyə bilərlər.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Gojob.az
Oxşar məqalələr
Şərhlər
Danniell23 iyul 2024, 03:28
Excellent post. I was checking constantly this blog and I am impressed!

Extremely useful information specially the closing phase
:) I handle such info a lot. I used to be looking for this certain information for a very lengthy time.

Thank you and good luck.

My web blog - Aston
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə