Mükəmməllər üçün: Yaxşı CV yaratmaq üçün 5 əsas prinsip!

09 iyun, 2018 0 1 652


Mükəmməllər üçün: Yaxşı CV yaratmaq üçün 5 əsas prinsip!


Yadımdadır, bir müddət hara CV göndərirdim cavab ala bilmirdim. Fikirləşirdim ya bunlar məni adam yerinə qoymur, ya da ki CV-dəndi. Ona görə də bu problem mənə çox pis təsir edirdi. Qərara gəldim ki, özümə yaxşı CV qurum. Sırf yaxşı CV-ə görə minlərlə təlimə gedirdim, amma nə fayda? Deyir keçəlin dərmanı olsa, öz başına sürtər. Nəsə, bir müddət sonra bir HR-la tanış oldum, özüdə siz bildiklərinizdən deyildi, başa düşən adam idi. Mənə yaxşı CV üçün bir neçə məsləhət vermişdi, indi mən o məsləhətləri sizlə paylaşacam

1) Vacib yerlərə fokuslan.

Mükəmməllər üçün: Yaxşı CV yaratmaq üçün 5 əsas prinsip!


CV-də bəzi mühüm yerlər var ki, onlara xususi zaman ayırmaq lazımdır, hansı ki hər hansı HR o yerlərə baxaraq sizi həmin vakansiyaya qəbul etmək/rədd etmək qərarlarından birini seçir. Əslində bu məqamlər hamı tərəfindən başa düşüləndir. Misal üçün: əlaqə vasitələrin çox olması, şəkilin keyfiyyətli olması, təhsil və ya iş təcrübəsinin dolğun əks etdirilməsi və.s. Sadəcə hər kəsin etdiyi bir neçə səhvlər var, məsələn iş təcrübəniz olmayanda təhsili elə əks etdirin ki, iş təcrübəsinin olub-olmaması unudulsun, bu daha çox sizin fərasətinizdən asılı olacaq və ya hər hansı keyfiyyətsiz fotoya effekt verərək keyfiyyətli hala salmağa çalışmayın, ya da ki iki - üç nömrəniz varsa hamısını CV-ə yazmayın.

2) Dürüst və qısa ol.

Mükəmməllər üçün: Yaxşı CV yaratmaq üçün 5 əsas prinsip!


Ümumiyyətlə yalan danışmaq yaxşı bir şey deyil, nə bacarığınız varsa onu yazın. Yəni həyatda heç vaxt görmədiyiniz fəaliyyəti CV-də yazmayın. Sonra o yalançı məsələsində evi yanan siz olarsınız məndən deməsi.

Bəzi insanlar var ki, CV-də nə gəldi yazırlar. Misal üçün, mənim hobbilərim, olduğum ölkələr, oxuduğum kitablar, iştirak etdiyim təlimlər və ya tədbirlər və.s . İnanın heç bir insan resursu mütəxəssisi bunlarla maraqlanmır, əksinə bunu oxuyub sizin çərənçi olduğunuzu fikirləşəcək.

3) CV-nizi müraciət etdiyiniz vakansiyaya və şirkətə uyğunlaşdırın.

Mükəmməllər üçün: Yaxşı CV yaratmaq üçün 5 əsas prinsip!


Çalışın CV-iz müraciət etdiyiniz vakansiya üçün özəl olsun, şirkət görüsün ki, siz bu CV-ı sırf onlar üçün yaratmısınız. Heç olmasa bunu belə etməsəniz, CV-də müraciət etdiyiniz vakansiya bölməsində mötərizə ilə şirkətin adını yazın , misal olaraq:

Kredit Mütəxəssisi (Bank BTB)

Ən azı yuxarıdakı belə sizin CV göndərmək üçün zəhmət çəkdiyinizə aid nümunədir, bu zəhmət də sizin işləməyə həvəsli olduğunuz deməkdir.

4) Rəqəmsal vasitələrdən istifadə edin.

Mükəmməllər üçün: Yaxşı CV yaratmaq üçün 5 əsas prinsip!


Dövr rəqəmsallaşırsa, CV-lər niyə rəqəmsallaşmasın? Bəli deviz artıq, rəqəmsal olaq devizidir. CV-də mütləq rəqəmsal vasitələrdən istifadə edin. Bu hər hansı bir link ola bilər, ya da ki infoqram ola bilər fərqi yoxdur. Burası sizin nə qədər kreativ olduğunuzdan asılıdır. Yəni sözümün canı odur ki, CV-ə camaat baxanda ürəyi açılsın.

5) Ad qoyma mərasimi.

Mükəmməllər üçün: Yaxşı CV yaratmaq üçün 5 əsas prinsip!


Əvvəla çalışın CV-iz pdf fayl tipində olsun. Bundan əlavə saxladığınız faylın adını MY CV, CV and resume, mənim CV-im , pdf2362C, kimi adlar qoymayın. Çalışın faylın adını öz adınız qoyun, bu həm daha etikdir, həm də hər hansı vakansiyada CV-i kompüterdə tapmaqda sizə yardımçı olacaq.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Mr docs
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə