Əmək haqqlarının verilmə qaydası SƏRTLƏŞDİRİLİR

05 fevral, 2019 2 2 583


Əmək haqqlarının verilmə qaydası SƏRTLƏŞDİRİLİR


Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. HR-AZ.com xəbər verir ki, Mks.az saytının ekspertləri dəyişikliklər haqqında və əmək haqqının ödənilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Əmək Məcəlləsinin "Əmək haqqının verilməsi müddətləri maddəsinə" adlı 172-ci maddəsinə aşağıdakı dəyişiklik təklif edilir:

172-ci maddənin 1-ci hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
Aylıq əmək haqqı işçilərə iki hissəyə bölünərək (avans və qalan hissəsi məbləğlərində) ayda iki dəfə bərabər vaxt fasiləsi ilə verilməlidir. Dəyişiklikdə məqsəd aylıq əmək haqqının verilməsi müddəti məsələsini konkretləşdirməkdir. Qüvvədə olan Əmək Məcəlləsində əmək haqqının ayda 2 dəfə verilməsi tövsiyə xaraktelirdir. Maddədə qeyd edilir ki, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsində əmək haqqının ayda ən azı bir dəfə verilməsi isə artıq tələbdir: Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.


Yeni təklif olunan dəyişiklikdə isə əmək haqqının ayda iki dəfə tövsiyyə yox tələb formasındadır ki, aylıq əmək haqqı işçilərə iki hissəyə bölünərək (avans və qalan hissəsi məbləğlərində) ayda iki dəfə bərabər vaxt fasiləsi ilə verilməlidir. Göründüyü kimi, işçiyə əmək haqqının verilməsi zamanı ay ərzində iş günlərin sayı yox, təqvim günləri əsas tutulur.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
MKS.az
Oxşar məqalələr
Şərhlər
Sahib6 fevral 2019, 07:18
haqqlnln
müddətdəverilməlidir
Düzəliş tələb edən sözlər...
Orxan Səfərli6 fevral 2019, 08:56
Sitat: Sahib
haqqlnln
müddətdəverilməlidir
Düzəliş tələb edən sözlər...

Salam Sahib bəy,

Diqqətiniz və dəstəyiniz üçün təşəkkür edirik. Düzəliş edildi.
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə