Bundan sonra işçi ərizəsində göstərdiyi gün işdən çıxmayacaq

22 yanvar, 2019 0 2 233


Bundan sonra işçi ərizəsində göstərdiyi gün işdən çıxmayacaq


İşçinin ziyanına olan daha bir Dəyişiklik.

HR-AZ.com MKS.az saytına istinadən xəbər verir ki, bildiyiniz kimi Əmək Məcəllənin 163 sayda maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər ediləcək. Bu yazımızda Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası ilə bağlı dəyişiklik haqqında məlumat verəciyik.

Qeyd edək ki, cari Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Amma müəyyən istisnalar var ki, işçi ərizədə göstərdiyi gün əmək müqaviləsini ləğv etdirə bilər. Bunlara aşağıdakılar aiddir:

yaşa, əlilliyə görə təqaüdə çıxdıqda;
təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda;
yeni yaşayış yerinə köçdükdə;
başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda;
seksual qısnamaya məruz qaldıqda;
və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, işçilərin ən çox istifadə etdiyi istinad halı çıxarılır:

69-cu maddə üzrə:

3-cü hissədə ―başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, sözləri çıxarılsın;

Təklif edilən dəyişiklikdən aydın olur ki, işçi başqa işəgötürənlə əmək müqaviləsi imzalanmasına baxmayaraq, artıq ərizədə göstərilən gündə əmək müqaviləsinə xitam verilməyəcək. Yəni bu istisna ləğv edildiyindən işçi bu halda mütləq bir ay gözləməlidir. Göründüyü kimi, Əmək Məcəlləsinə işçinin ziyanına olacaq növbəti dəyişiklik təklif edilir.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
MKS.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə