Ötən ilin yayında şirkət əməkdaşları Pentagon ilə müqavilə bağlamağdan çəkindirib.
Microsoft şirkətinin 50 nəfər işçisi 480 milyon dollarlıq hərbi müqavilədən imtina məqsədi ilə şirkət rəhbərliyinə məktub ünvanlayıblar. Sazişin bağlanmasının əsas səbəbi isə Microsoft proqram təminatlı HoloLens qarışıq reallıq dəbilqəsindən hərbi təlimlər zamanı istifadə edilməsi olub.
Şirkətin əməkdaşları iddia edir ki, qarışıq reallıq texnologiyasından istifadə edərkən əsgər video oyunda olduğunu zənn edib, ona uyğun olaraq məsafəni təyin edə biləcək.
Microsoft adı gedən bu müqaviləni 2018-ci ildə qazanıb. Ordu, HoloLens modernləşdirilmiş dəbilqələrinin 100 min nüsxədən artıq sayda alacağını planlaşdırıb. Məhsulun satışa çıxarılığı məqamdan etibarən 50 min nümunəsinin satıldığı qeyd edilib.
Texno-dəbilqənin “hərbi” versiyası; gecə görüntüsü, istilik ötürücüləri və ümumi orqanizm göstəricilərinin tənzimləyici funksiyaları ilə təchiz edilmişdir. Qeyd edək ki, məhz bu müqaviləni MagicLeap şirkəti də əldə etməyə çalışıb.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az