Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Müvafiq sənədi AzərTAc dərc edib.
Sərəncam “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.
“Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilib:
1-ci hissədə “165” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilib;
həmin sərəncamla təsdiq edilmiş 2 nömrəli Əlavənin 2.4.1.1–2.4.1.4-cü yarımbəndlərində “185”, “175”, “170” və “165” rəqəmləri müvafiq olaraq “215”, “210”, “205” və “200” rəqəmləri ilə əvəz olunub.
Sərəncam 2019-cu il martın 1-dən tətbiq edilir.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
AzərTAc