Güclü təklifin təməli

25 mart, 2019 0 389


Güclü təklifin təməli


Yaxşı təklif üç elementdən ibarətdir:

1. Müştərinin ehtiyaclarına cavab verən bir məhsul və ya xidmətin mövqeləndirilməsi.

2. Satış zamanı yaranan etiraz və qorxuların aradan qaldırılması.

3. CTA call to action (hərəkət çağırışı), müəyyən bir aksiya üçün çağırışdır - istək yaratmağa yönəlik, çağırışa yönəlik, mobil əlavə, kataloq yüklənilməsinə yönəlik, satın almağa yönəlik və s.

Məhsulun mövqeləndirilməsi.

İlk tətbiq etməzdən əvvəl, kimə xidmət göstərdiyinizi dəqiq qərar verməlisiniz. Hədəf kütləniz kimdir? Sonra prosedur yerinə yetirmək üçün niş bazarı müəyyən olunmalıdır..

Məsələn: Deyək ki, fransız dili kurslarını satırsınız.

Əgər siz hər kəs kimi sadəcə "fransız dili kursları" başlığı altında internet, sosial şəbəkədə kurs satırsınızsa o zaman siz «qırmızı okean» a düşürsünüz harda ki daha çox bir birindən fərqi olmayan rəqiblər var.

Bu yüksək qiymətli, standart formatlı "kurslar", sərt rəqabət qarşılığında satışı təhlükə altına atır və hər kəs üçün itkiyə çevrilir.

Qarşınızda duran məsələ - Niş bazarını daraltmaqdır.

Kurslarınızın hədəf kütləsini dəqiqləşdirin. Məsələn səyahət etmək istəyənlər üçün və ya biznes danışıqları aparmaq istəyənlər üçün, uşaqlar üçün və ya vaxt çatışmazlığı olanlar üçün dil kurslarınızı satın. Siz mavi okeana düşdüyünüz zaman dərhal dəqiq müəyyən etdiyiniz hədəf kütlənizin diqqətini kursunuzun üzərinə çəkmiş olursunuz. Axı sizin kursunuzu seçəcək şəxs o halda onu seçəcək ki, təklifiniz onun problemini həll etmiş olsun: sadəcə 20 dəqiqə ayırmaqla dili öyrətsin, səyahət və biznes görüşlərində özünü əmin hiss etsin. Vacib deyil təkcə 1 auditoriya ilə çalışasınız bu 3-5 sayda müxtəlif hədəf kütləsi də ola bilər. Əsas odur dəqiq və uyğun kütlə olsun.

Hansı prinsiplərə uyğun mövqeylənmə aparılır.

Nümunə.

Yaş həddi Uşaqlar , təqaüdçülər, 30 yaşınadək qızlar və s.

Region:

Müəyyən ərazidə yaşayan şəxslər.

Problemlərin səviyyəsi:

Borcda olanlar , qapalılıqdan yorulanlar, müəyyən xəstəliyi olan, dil bilməməyi kompleks edənlər və s.

Ailə vəziyyəti:

Evli və ya subaylar

Fəaliyyət istiqaməti:

Sahibkarlar, evdar qadınlar, tələbələr və s.

Biznesin növləri:

İnşaat sektoru, neft sektoru, gözəllik sektoru və s. Mövqelənmə istənilən parametrlərlə aparıla bilər. Ən əhəmiyyətlisi odur ki, siz təklifinizlə hədəflədiyiniz qrupun problemini həll etmək iqtidarındasınız. Məsələn, sahibkarın şirkətində biznes proseslərin sistemləşdirilməsi və bütün maliyyə uçotunun aparılması. Gənc analara, ekoloji təmiz materiallardan hazırlanan oyuncaqların faydaları haqda danışmaq və s.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com / Səbuhi İsazadə
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə