Fəxri Ağayev yazır...
Yaxşı oğlan kimdir, necə olur və hansı tərzdə düşünür?
Adətən ali təhsilli, amma işsiz olurlar. Daim iş axtarışındadırlar, amma buna baxmayaraq hər işi də bəyənməzlər - istədikləri iş “ofis işidir”, “normal kollektiv olsun” və “babat maaş versinlər”. Sevdikləri sözlər : “bu ölkədə ali təhsilə əhəmiyyət vermirlər”, “bizə burda yer yoxdur”, “xaricdə yaşasaydım uje uçmuşdum yuxarı” və “bilsəydim, gedib bazarda 4 il göyərti satardım”.
Xaricdə yaşamağı qlamur jurnallar və James Bond filmlərinə görə dəyərləndirən bu yoldaşlar bilmirlər ki, orada da yan yatana iş yoxdur. Göyərti satmaq məsələsinə gəlincə : anlamırlar ki, göyərti satmaq göründüyü qədər bəsi iş deyil – səhər qaranlıqda oyanmaq, almaq, təmizləmək, yumaq, bağlamaq və satmaq, müştərilərlə şirin dillə ünsiyyətdə olmaq lazımdır. Yəni bu iş göründüyü qədər primitive deyil – böyük zəhmət və əmək tələb edir. Üzülürəm. Belə gənclər üçün üzülürəm – yaş gələcək 30-40-lara, və belə insanlar aşıqlar kimi, hər məclisdə əllərinə alırlar sazı və eyni nəğmələri oxuyurlar “imkan vermirlər”, “iş yoxdur” və “ali təhsilə baxan yoxdur”
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Moneta.az