İşçilərin motivasiya sistemi anlayışı
Bu, çalışqanlıq, təşəbbüs və işləmək arzusunu stimul edən daxili dəyərlərə və işçilərin ehtiyaclarına yönəlmiş bir sıra tədbirlər toplusudur. İşçilərin motivasiya sistemi iki komponentdən ibarətdir.
Kompensasiya sistemi
Buraya daxildir:
- əmək haqqının ödənilməsi
- əlilliyin ödənilməsi
- işçinin sığortası
- iş yerini itirmiş işçiyə kompensasiyanın ödənilməs
- iəldə olunan gəlirə bərabər ödəniş
Qeyri-kompensasiya sistemi
Sistemə daxildir:
- Zehni və əhval-ruhiyyə vəziyyətinin yaxşılaşdırılması, təlimlər, özünü inkişaf üçün müxtəlif proqramlar
- Özünə hörmətin artırılmasına yönəlmiş fəaliyyətlər
- Korporativlər
- Məqsəd və vəzifələrin qoyulması
- Onların yerinə yetirilməsinə nəzarət
- Lider mövqeyi tutmaq təklifi
Şirkətdə motivasiya sisteminin yeridilməsi: addımbaaddım
- Məqsəd və vəzifələrin qoyulması, müəssisənin əsas missiyasının müəyyən edilməsi
- İşçi qrupunun təşkil edilməsi
- İşçilərin stimullaşdırılması sisteminin yeridilməsi üçün planın qurulması
- Planın təsdiq edilməsi
- Mükafatlandırma sisteminin tərtib edilməsi
- Sənədləşmə
- Motivasiya edici tədbirlərin yeridilməsi
- İşçi əməyinin təhlili
Bu sistemi addımbaaddım yeritmək lazımdır, işçilərə uyğunlaşmaq üçün vaxt verin.
İşçilərin motivasiya növləri
- Maddi. Pul, xidmət və ya maddi obyektlər şəklində ödənişi nəzərdə tutur. Bir işçi və ya qrup üçün tətbiq edilə bilər. Bütün təşkilata münasibətdə nadir hallarda tətbiq olunur.
- Qeyri-maddi. İşçi emosional fayda alır, komplekslərin aradan qaldırılması, emosional balans, öz mahiyyətinin dərk edilməsi və s. Bu metod adətən bir işçiyə və bütün kollektivə münasibətdə tətbiq oluna bilər.
- Müsbət motivasiya. Müsbət stimulların istifadəsi ilə xarakterizə olunur.
- Mənfi motivasiya. Mənfi stimullara əsaslanır.
- Xarici motivasiya. İstədiyiniz nəticəyə nail olmaq üçün işçi heyətinə müsbət və ya mənfi təsirin göstərilməsi.
- Daxili motivasiya. Bu, işçilərin motivasiyasının müstəqil inkişafını nəzərdə tutur. Müəyyən tapşırıqların yerinə yetirilməsi onlara mənəvi məmnuniyyət gətirir.
Xarici motivasiyanın əsas məqsədi daxili motivasiyanı stimullaşdırmaqdır.
İşçilərin həvəsləndirilməsi və stimullaşdırılması: fərq nədədir
Əməyin motivasiya edilməsi – işçinin effektiv fəaliyyətə cəlb edilməsidir. Stimullaşdırma – mütəxəssisə xaricdən təsir göstərərək, onu daha yaxşı işləməyə məcbur etməkdir.
İşçilərin həvəsləndirilməsi – nümunələr:
Daha yaxşı nəticələrə nail olmuş işçiyə əmək haqqından əlavə bonuslar veriləcək
Ən yaxşı işçinin fotosu müəssisənin şərəf lövhəsində yerləşdiriləcək
Əmək haqqı artırılacaq
İşçilərin stimullaşdırılması – nümunələr
Burada yanaşma bir qədər fərqlidir. Məsələn:
Planı yerinə yetirməyən işçi mükafatdan məhrum edilir
İllik hesabatı bitirməyənə qədər heç kim iş yerini tərk etməyəcək
Əgər mövcud şərtlər ilə razı deyilsinizsə, ərizənizi yazıb işdən çıxa bilərsiniz. Əvəz olunmayacaq insan yoxdur.
Çox vaxt işəgötürənlər stimullaşdırmaya əl atırlar, belə ki, bu metod daha az xərc tələb edir. Unutmayın ki, stimullaşdırma işçilərin stress keçirməsinə və nəticədə iş yerini tərk etməsinə gətirib çıxarır.
Bu səbəbdən motivasiyaya üstünlük verməyiniz məqsədəuyğundur.
Yuxarıda qeyd edildiyi kimi, motivasiyanın əsas iki növü vardır – maddi və qeyri-maddi. Gəlin onların hər birinə daha yaxından nəzər salaq.
Maddi motivasiyanın əsas iki metodu vardır: mükafatlandırma və cərimə sistemi. Mükafat dedikdə müxtəlif növ əlavə bonuslar nəzərdə tutulur. İşçi başa düşür ki, vəzifələrini nə qədər keyfiyyətli yerinə yetirsə, bir o qədər böyük mükafat alacaqdır.
Cərimə sistemi metodunun isə adından göründüyü kimi, işçiyə qarşı cərimə cəzasının tətbiqini nəzərdə tutur.
Qeyri-maddi motivasiyaya karyera yüksəlişi imkanının olması, kollektiv daxilində xoş atmosfer, əmək müqaviləsi sosial paket, mədəniyyət və idman tədbirlərinin təşkil edilməsi, müəssisənin nüfuzu, müəssisə hesabına təlimlərdə pulsuz iştirak etmək imkanı və s. daxildir.
Sosionika
İnsanlar fərqli olduğuna görə, bu və ya digər işçiyə münasibətdə istifadə edəcəyiniz metodlar fərqli olmalıdır. İntellektin tipinə görə insanlar əsas dörd qrupa bölünürlər:
Nüfuz (hakimiyyət, status). Bu qrupa daxil olan insanlar karyera yüksəlişinə böyük əhəmiyyət verirlər. Onların əsas məqsədi də budur.
Unikallıq. Belə insanlar monoton işə nifrət edirlər, onlar daha çox şeyə qadirdirlər. Yeni texnologiyalar və sərbəst qrafik – ideal motivasiyadır.
Rifah. Bu tip insanlar arzu və istəklərini realizə etməyə çalışırlar. Onları motivasiya etmək üçün müxtəlif kredit təkliflərini təqdim edə bilərsiniz.
Maliyyə müstəqilliyi (təhlükəsizlik). Bu qrupa daxil olan insanlar üçün komfort və rifah çox önəmlidir. Müsbət atmosfer, rahat iş yeri, rəqabət qabiliyyətli əmək haqqı və sosial paket ideal seçimdir.
İşçinin sosial tipinin müəyyən edilməsi olduqca vacibdir, əks halda istədiyiniz nəticə əldə edə bilməyəcəksiniz.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banker.az