Əmək Məcəlləsinin 72 maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
İşçinin işdən yuxarıdakı maddə ilə azad edilməsi, digər işə girməsinə əngəl yarada bilməz. Qanunvericilikdə belə bir tələb yoxdur. Amma işəgötürənin öz tələbi ilə işə qəbulla bağlı tələblərdə bu hissə öz əksini tapa bilər.
Misal: A. Əliyev adlı şəxsin Məcəllənin 70-ci maddəsinin ç) yarımbəndinə və 72-ci maddəsinin b) yarımbəndinə əsasən (alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması) ləğv olunmuşdur.
Əliyev adlı şəxs “S” MMC-yə işə qəbul olunmaq üçün sənəd verir. Məlum olur ki, onun əvvəlki iş yerində işə sərxoş vəziyyətdə işə gəldiyi üçün və vəzifə səlahiyyətlərini kobud sürətdə pozduğu üçün işdən azad olunub. Belə olan halda işəgötürən həmin şəxsi işə də götürə də bilər, götürməyədə bilər. Bu vəzifə tələblərindən və işəgötürənin öz mülahizələrindən aslıdır.
Müəllif: Rauf Qarayev
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banker.az