İş vaxtından kənar iş zənglərinə cavab verməmək hüququ verən qanun qüvvəyə minə bilər

17 yanvar, 2021 0 580


İş vaxtından kənar iş zənglərinə cavab verməmək hüququ verən qanun qüvvəyə minə bilər


İşçilərin işdən sonra zənglərə cavab verməmək hüququ barədə qanun qüvvəyə minə bilər.

Belə ki, Avropa Birliyində işçilərin iş yerindən gələn zənglərə və mesajlarına iş saatları xaricində cavab verməmələrinə icazə verilməsini təklif edirlər. Bu təklif artıq Avropa Parlamenti tərəfindən əmək komitəsi səviyyəsində təsdiq edilmişdir.

1 dekabrda qəbul edilən qətnamədə 31 lehinə dəstəkləndi, 6-sı əleyhinə, 18-i isə bitərəf qaldı. Qətnamədə deyilir ki, işəgötürənin işçinin gecə-gündüz əl çatan olacağı gözləntisi insanların sağlamlığına, həyat məmnuniyyətinə və iş ilə asudə vaxt arasındakı tarazlığa mənfi təsir göstərə bilər.

Qətnaməyə 2021-ci ilin yanvarında keçiriləcək plenar iclasda səs verməyi planlaşdırırlar. Parlament tərəfindən təsdiqləndikdən sonra gələcək tənzimləmə qərarları çərçivəsində həyata keçirilməsi üçün komissiyaya və Avropa Birliyi ölkələrinə təhvil veriləcəkdir.

Müəllif: Aygün Ramazanova











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə