Həyatda bilməli olduğunuz 15 məzəli qanun

08 yanvar, 2021 0 1 871


Həyatda bilməli olduğunuz 15 məzəli qanun


1. Kahn və Orben aksioması:

Əgər heçnə kömək olmursa, nəhayət təlimatları (instruksiyanı) oxuyun!

2. Yanq qanunu:

Bütün böyük kəşflər səhvən edilir.

3. Meskimen qanunu:

İşi düzgün yerinə yetirmək üçün həmişə vaxt bəs etmir, ancaq onun üzərində düzəliş edərək yenidən yerinə yetirməyə vaxt tapılır.

4. Fingalenin səkkizinci qaydası:

Komanda işi çox vacibdir. Bu sənin səhvini başqasının üzərinə atmağa imkan verir.

5. Lermanın nəticəsi:

Sizin həmişə ya vaxtınız ya da pulunuz çatmayacaq.

6. Murphy'nin elmi tədqiqat qanunu:

Nəzəriyyənizi müdafiə etmək üçün hər zaman kifayət qədər araşdırma edə bilərsiniz.

7. Ettore-nun müşahidəsi:

Sənin deyil qonşuluqdakı növbə həmişə daha sürətli hərəkət edir.

8. Segal qanunu:

Bir saatı olan insan saatın neçə olduğunu əminliklə bilir. Bir neçə saatı olan insan isə heç nəyə əmin deyil.

9. Richardın qarşılıqlı asılılıq qaydası:

Əgər nəyisə kifayət qədər uzun müddət saxlamısınızsa, artıq ata bilərsiniz. Onu atan kimi isə ehtiyacınız yaranacaqdır.

10. Kolbasa prinsipi:

Kolbasa sevənlər və qanuna hörmət edənlər hər ikisinin də necə edildiyini görməməlidirlər.

11. Harrissonun postulatı:

Hər bir hərəkət üçün ona qarşı çıxacaq bir tənqid var.

12. Drew peşə təcrübəsi qanunu:

Ən az pul verən, ən çox şikayət edir.

13. Van Roy qanunu:

Qırılmaz bir oyuncaq onunla başqalarını qırmaq üçün faydalıdır.

14. Axtarış qanunu:

Axtarışınıza ən uyğun olmayan yerdən başlamalısınız.

15. Banan prinsipi:

Əgər yetişməmiş banan aldınızsa, o yetişənədək artıq ondan qalmayacaq. Beləki, yetişənədək yeyiləcəkdir. Əgər bananı yetişmiş halda aldınızsa, onu yeyənədək artıq xarab olacaqdır.

Tərcümə: Aygün Ramazanova











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə