Rəqəmsallaşma: Əmək müqaviləsi (kağızda) və əmək kitabçası ləğv ediləcək

22 yanvar, 2021 0 1 724


Rəqəmsallaşma: Əmək müqaviləsi (kağızda) və əmək kitabçası ləğv ediləcək



Dövlət Məşğulluq Agentliyində rəqəmsallaşma istiqamətində işlər uğurla davam edir.

HR-AZ.com xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İnsan Resursları departamentinin direktoru Emil Hüseynov öz sosial şəbəkə profilində məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan Əmək münasibətləri və məşğulluq altsistemi - ƏMAS ölkədaxili bütün işəgötürənlər və işçilər, eləcə də dövlət qurumları üçün vahid əmək münasibətləri platforması olaraq çıxış edəcək, əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli əhəmiyyət daşıyacaqdır!
Alt sistemin tətbiqi ilə aşağıdakıların mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulub:
1. Əmək müqavilələrinin kağız forması
2. Əmək kitabçaları
3. Sosial sığorta kartları
4. İşçilərin şəxsi işi anlayışı
5. Kağız üzərində əmrləşmələr
6. Kağız üzərində ezamiyyə vərəqələri
7. Kağız üzərində ştat cədvəlləri
8. Kağız üzərində yazışmalar
9. Fiziki həyata keçirilən yoxlamalar
10. Fiziki cərimə mexanizmi
11. Fiziki həyata keçirilən bütün məşğulluq tədbirləri
12. Digər elektron olmayan xidmətlər.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə