İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.
HR-AZ.com Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, ötən ilin yanvar-dekabr ayları ərzində bu sinif üzrə sığorta daxil olmaları 35 mln. 292,5 min manat təşkil edib. Bu, yanvar-noyabr aylarındakı göstəricidən 2 mln. 253,5 min manat və ya 6,82%, ötən ilin eyni dövründəki göstəricidən isə 2 mln. 127,1 min manat və ya 6,41% çoxdur.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, hesabat dövründə bu rəqəm 3 mln. 136,1 min manat olub ki, bu da yanvar-noyabr ayları ilə müqayisədə 323,5 min manat və ya 11,5% çoxdur, bir il əvvəlki göstəricidən isə 1 mln. 90,3 min manat və ya 25,8% azdır.
Ümumilikdə, 2018-ci ilin yanvar-dekabr aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,89%-ni təşkil edib
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Report