İş yerində motivasiyanı artırmağın yolları

01 fevral, 2020 37 2 800


İş yerində motivasiyanı artırmağın yolları


İnsan Resursları : hədəflər, nəticələr, anketlər, analizlər, mənfəət, liderlik, qiymətləndirmələr, əmək haqqları, büdcə, inkişaf etmək, geriləmək və s. anlayışlardan ibarət olan uzun, yorucu və bir o qədər də qarışıq proses.

Bəs bütün bunlar yerinə yetirilərkən işçilərin motivasiyası ilə kifayət qədər məşğul olunurmu? İşçinin motivasiyası işin hansı hissəsindədir? İşçi nə istəyir? Daha çox özünə dəyər verilməsinimi, güvənli, pozitiv bir mühitmi? Ya da bunları gözardı edərək sadəcə az çalışıb çox qazanmaqmı?

Hər bir işçi çalışdığı qurumda xoşbəxt və rahat olmaq istəyir. İş yerində pozitivlik həyatda xoşbəxt olmaq anlamına gəlir. Şirkətdə pozitiv auranın olması həm işçilərin motivasiyasına təsir etdiyi üçün, həm də məhsuldarlığı artırdığı üçün işəgötürənə daha önəmlidir. Aparılan araşdırmalara əsasən, iş yerində özünü xoşbəxt hiss etməyən işçi heyətinin stres, depressiya, ürək xəstəlikləri, xərçəng riskinin iş yerində xoşbəxt olanlara nisbətən daha yüksək olduğu aşkar edilmişdir.

Hal-hazırkı dövrümüzdə bacarıqlı işçiləri əldə saxlaya bilmək o qədər önəmli hala gəlmişdir ki, şirkətlər işçilərin motivasiyası üçün müxtəlif yollara baş vururlar. Belə ki, hətta bəzi korporativ şirkətlərdə işçilərin motivasiyasının yüksək səviyyədə olması üçün artıq Chief Happiness Officer (CHO) çalışmağa başlamışdır. Vəzifə öhdəlikləri isə işçilərin pozitiv olması və həvəslə çalışmaları üçün fəaliyyət göstərməkdir.

Oxuduğum bir məqalədə belə yazılmışdı : ” Bir IT firması işçilərinin motivasiyası üçün iş yerinə evlərində saxladıqları pişiyi gətirmələrinə icazə verdi. ” Beləliklə, işçi özünü daha rahat mühitdə hiss edir, gərgin iş rejimi zamanı pişiklərini əzizləmələri həm işçiyə huzur verir, həm də işçinin özünü daha pozitiv hiss etməsinə səbəb olur. Buna əlavə olaraq, firmada bu metod tətbiq edildikdən sonra iş məhsuldarlığında demək olar ki, yarı-yarıya artım qeydə alınmışdır.

Bu prosesdə rəhbərliyə daha çox iş düşür

İş yerində məhsuldar, yaradıcı, gülərüz personal istəyiriksə buna uyğun mühit yaradılmalıdır. İdarəçi işçilərin ehtiyaclarını müəyyən etməli və bu istiqamətdə yeniliklər etməklə bağlı addımlar atmalıdır. Doğru idarəçi hər zaman empatiya qurmağı bacarmalıdır. İşçi iş yerinə sadəcə məvacib üçün gəlməməlidir, həftənin bitməsini səbrsizliklə gözləməməlidir.

Xoşbəxt işçi dayanmır, gedir

ABŞ-da son araşdırmalara əsasən, işçilərin 70%-i iş yerində “maraqlı olmadıqlarını” ya da “diqqətdən kənar qaldıqlarını” düşünürlər. Xoşbəxt işçilər daha səmərəli olmağa meyllidirlər.

İşçi motivasiyasının yüksəlməsi ilə bağlı mənim təkliflərim:

Əmək haqqlarının vaxtında verilməsi ;

Kollektivdə pozitiv ünsiyyət əlaqələrinin olması ;

İşçilərin sosial hüquqlarının yerinə yetirilməsi ;

Rəhbər-işçi münasibətlərində düzgün ünsiyyət forması ilə hərəkət edilməsi ;

Rəhbərliyin mütəmadi şəkildə işçilərlə sosial fəaliyyətlər də daxil olmaqla ümumi dəyərləndirmə iclasları təşkil etməsi ; bu prosesdə unudulan məqamlara nəzər yetirilməsi, inkişaf etdirilməsi vacib olan məsələlərin müzakirə edilərək ortaq qərarlar verilməsi ;

Ofisdə diqqəti yayındıran ünsürlərin aradan qaldırılması ; iş yeri işçinin özünü rahat hiss edə biləcəyi şəkildə dizayn edilməlidir.

Şirkətdə güclü İnsan Resursları sisteminin qurulması mühüm faktordur. İşçiyə hədəflər verilərək mərhələli şəkildə necə irəliləyəcəyi ilə bağlı hərəkət trayektoriyası və hədəfə necə addımlayacağı müəyyən edilməlidir. ” Bu qədər yol qət etsən bu hədəfə çatacaqsan, bu hədəfləri reallaşdırsan bunları qazanacaqsan ” və s..

Hər hansı bir layihədə çalışanı o prosesin bir parçası və əsas qüvvə olduğuna inandırmalı, həmin proses zamanı baş verənlərə işçilər də daxil edillməlidir. İşçinin çalışdığı yeri sahiblənməsi və vacib biri olduğunu hiss etməsi ən önəmli ünsürdür.

Personalın səhərlər işə gecikmələri ehtimalı çox yüksəkdir. Bunu azaltmaq üçün iş saatlarının dəyişdirilməsi ilə bağlı müəyyən tədbirlər mümkündür.

İşçiyə hər zaman zəhmətinin qarşılığı verilməlidir.

Bəzən rəhbərin işçiyə yaxınlaşaraq işlərin necə olduğunu soruşması belə insanın maaşından daha çox vacibdir. İdarəçinin işçiləri ilə özəl olaraq maraqlanması işçini daha xoşbəxt edir və işçi o şirkətdə qalmaq üçün işinə daha möhkəm sarılır, həvəslə yanaşır, müəyyən cəhdlər edir. Bu addımın nəticəsində işçi özünü dəyərli hiss edir və motivasiya qazanır.

Son olaraq yazımı bu sözlərlə bitirim : ” İşçi şirkəti tərk etməz, rəhbəri tərk edər.”

Müəllif: Gulsafa Abdullayeva











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Jeannine7 noyabr 2024, 06:53
The multitude of these games can be fantastic for those who want
to undertake a thing new.

Look into my homepage ... 온라인카지노
Catherine7 noyabr 2024, 19:43
Get up to 75,000 Coins with no deposit expected ass a 1st-time Funrize player.


Also visit my web site :: 카지노친구
Tamie7 noyabr 2024, 19:49
Gain a wealth of data on topics such as 529 plans and faculty financing, mortgages, and estate planning.


Also visit my web page; 이지론
Moses7 noyabr 2024, 23:51
If you’d prefer to pay down your private mortgage extra
shortly, there are different ways to do this.

Feel free to surf to mmy site: 이지론
Ronda8 noyabr 2024, 05:51
While CreditNinja does not provide payday loans, you’re at all times welcome to repay your Emergency Loan early with none prepayment
charges.
Clarita8 noyabr 2024, 20:26
As a new player at Casino Extreme, you can qualify for a giant 1000% match bonus on your very first deposit with the code THEBIGONE.



Feel free to visit my web-site - More info
Val8 noyabr 2024, 23:46
If the shooter rolls an 8 again prior to
a 7 or an 11 is rolled, the passline bets win.

Here is my blog; More Info
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə