İşdə özünü xoşbəxt hiss etmirsənsə, nə edə bilərsən

18 avqust, 2019 0 2 306


İşdə özünü xoşbəxt hiss etmirsənsə, nə edə bilərsən


Gallup statistikasına görə, işçilərin 85%-i işə çoxda böyük maraq göstərmir, yəni insanların əksəriyyəti işdə olarkən özlərini xoşbəxt hiss etmirlər. Orta statistik insan ömrünün təxminən 90 min saatını işdə keçirir, bu səbəbdən işinizdən zövq almağınız çox önəmlidir. Lakin burada da bir fırıldaq var: əgər əsas hədəfiniz xoşbəxt olmaqdısa, çox vaxt əksini hiss edəcəksiniz. Axı, xoşbəxtlik (bütün duyğular kimi) qısamüddətlidir.

The Power of Meaning: Crafting a Life That Matters kitabının müəllifi olan Emily Esfahani Smith qeyd edir ki, şəxsi və peşə həyatında məna tapmağa çalışan insanlar daha uzun müddət xoşbəxt olurlar. Tədqiqatlar göstərir ki, işin əhəmiyyəti səviyyəsinin artırılması işçilərin məhsuldarlığını artırmağın ən təsirli, lakin gec-gec istifadə olunan yollarından biridir. 12 min işçi arasında keçirilən sorğunun nəticələrinə görə, sorğulanan insanların 50%-i işini əhəmiyyətli hesab etmir. İşinin əhəmiyyətini hiss edənlərin məmnunluq dərəcəsi isə 1,7 dəfə çox olub.

Adətən menecerlər işlərində daha çox məna görmək istəyirlər. Məsələn, Con (ad dəyişdirilib) illik gəliri 2 milyard dollar olan biotexnologiya şirkətini qurub. İnvestorlar istəyirdilər ki, Con başqa bir şirkətdə baş direktor vəzifəsini icra etsin. Bir müddət sonra Con başa düşür ki, səhiyyə sahəsində heç kimin həll edə bilmədiyi problemləri aradan qaldırmaq istəyir. Onun üçün uzunmüddətli məmnunluq və gördüyü işlərə şəxsi maraq daha önəmli idi.

Mənalılıq və xoşbəxtlik arasındakı fərq
Shawn Ashmore-un rəhbərliyi altında keçirilən tədqiqatın nəticələrinə görə, on insandan doqquzu mənalılıq naminə maaşının bir hissəsindən imtina etməyə hazırdırlar. Bəs işin əhəmiyyəti barədə danışarkən nəyi axtarırıq və bu əhəmiyyət xoşbəxtlikdən nə ilə fərqlənir?

Filosoflar, alimlər, sənətçilər və psixoloqlar illərdir bu suala cavab tapmağa çalışırlar. Psixoloq Roy Baumeister-in keçirdiyi tədqiqatın nəticələrinə görə. xoşbəxtlik və mənalılıq arasındakı fərqləri anlamağa kömək edən beş xüsusiyyət var.

İstədiyinizi və ya ehtiyacınız olanı əldə edirsinizmi?
Aşkar edilmişdir ki, xoşbəxtlik müəyyən istəklərin təmin edilməsindən asılıdır. Həqiqətən də, Baumeister-in yazdığı kimi, “insanın özünün pis və ya yaxşı hiss etməsi əhəmiyyətə heç bir təsir göstərmir”. Məsələn, Conun gözündə başqa bir şirkətdə CEO vəzifəsini tutmaq daha prestijli görünsə də, o daha əhəmiyyətli bir işlə məşğul olmağı seçdi.

Müvəqqəti çərçivələr
Baumeister müəyyən edə bilmişdir ki, xoşbəxtlik duyğusu “burada və indi” ilə birbaşa əlaqəli olduqda, əhəmiyyət “keçmişin, bu günün və gələcəyin əlaqəli bir hekayəyə birləşməsi” nəticəsində formalaşır. Conun seçiminə gəldikdə, baş icraçı direktor vəzifəsi ona qısamüddətli xoşbəxtlik hissini bəxş edə bilərdi, lakın o uzunmüddətli dəyərlərinə cavab verən iş seçdi.

İxtisaslaşma
Digər insanlarla qurulan münasibətlər həm xoşbəxtlik, həm də məna baxımından əhəmiyyətlidir. Bu münasibətlərin təbiəti, onlardan aldığımız məmnuniyyət dərəcəsini müəyyən edir. Baumeister qeyd edir ki, başqalarına kömək edərək əhəmiyyət, başqaları bizə kömək etdikdə isə xoşbəxtlik hiss edirik.

Çətinliklər

Stress, rəqabət və mübarizə xoşbəxtliyin dərəcəsini azaldır. Buna baxmayaraq, onlar bizim həyatımızın ayrılmaz hissəsidir və həyatımıza məna qatırlar. Con daha çətin yoldan keçməyə hazır idi: o, daha böyük əhəmiyyət kəsb edən iş tapmaq üçün CEO vəzifəsindən imtina etdi.

Özünü müəyyən etmək
Əhəmiyyətin vacib mənbələrindən biri də hərəkətlər və ya fəaliyyətdir. Onlar bizi daha xoşbəxt etməsələr də, özümüzü ifadə etməyə kömək edirlər.

Əhəmiyyəti prioritetə çevirməyin yolu
Yuxarıda göstərilə fərqlər, peşə fəaliyyətinizdə əhəmiyyət duyğusunu formalaşdırmaq üçün bir bələdçi rolunu oynaya bilər. Əgər işinizin daha mənalı olmasını istəyirsinizsə, aşağıdakı dörd praktiki məsləhətlərdən istifadə edin.

Qeyd dəftəri tutun
Sizi daha çox məmnun edən layihələri və vəzifələri müəyyən edin. Müştərilər qarşısında çıxış etdikdə özünüzü xoşbəxt hiss edirsinizmi? Sizdən daha aşağı vəzifə tutan əməkdaşlarınıza təlim keçəndə ilham alırsınızmı?

Prioritet seçərkən dəyərlərinizi və hərəkətlərinizi müqayisə edin
Əgər başqalarına təlim keçməklə özünüzü daha xoşbəxt hiss edirsinizsə, hər həftə təlimlər keçirin. Əgər əsas məqsədiniz özünüzü inkişaf elətdirməkdirsə, hər gün sizin üçün faydalı olan podkastlara qulaq asın, qrup işlərində iştirak edin.

Yalnız nəticələrə deyil, münasibətlərə də diqqət yetirin
Baumeister-in sözlərini unutmayın: əhəmiyyət hissi başqalarının rifahına verdiyiniz töhfələrdən asılıdır.

Uğurlarınızı iş yoldaşlarınızla bölüşün
Beləliklə, başqalarına da kömək etmiş olacaqsınız. “İşdə sağ qalmaq” kitabında Daniel Cable insanlara uğurları ilə bağlı təəssüratlarını bir-biriləri ilə bölüşməyi tövsiyə edir.

Bəlkə də məna ilə dolu həyat sizi dərhal xoşbəxt etməyəcəkdir. Bunun üçün siz öz hərəkətlərinizi analiz etməlisiniz və çətinliklərə qalib gəlmək üçün səy göstərməlisiniz. Lakin işinizə daha ciddi yanaşsanız və şəxsiyyətinizin ehtiyaclarını nəzərə alaraq digər insanlara kömək etməyə çalışsanız, özünüzü daha xoşbəxt hiss edəcəksiniz.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə