Dəyərlərin iş tapmağa nə aidiyyəti var?

30 dekabr, 2018 0 593


Dəyərlərin iş tapmağa nə aidiyyəti var?


Məşhur Gallup araşdırmasına görə dünyada 85% insan öz işinə nifrət edir. Bunun səbəbləri ölkəyə və sahəyə görə fərqlənsə də, əsas səbəblərindən birini sizinlə paylaşıram: Dəyərlərin toqquşması.

Bir işə və şirkətə müraciət etmədən öncə özünüzə sual verin: Bu iş mənim dəyərlərimlə nə qədər üst-üstə düşür? Bu şirkət nə qədər mənim üçün önəmli olan dəyərlərlə işləyir? Çox vaxt müsahibələrdən keçməməyin səbəbi, elə məhz bu suallara öncədən cavab vermiş olmamağınızdır. Müsahibəyə gələndə işin sizin üçün əhəmiyyətini ifadə edə bilmirsiniz. İşsizliyin trend olduğu bir dönəmdə, deyə bilərsiniz ki, hamıya pul lazımdır. Ancaq pul dəyər deyil. Sizdə olan dəyəri ortaya çıxarmaq üçün bir vasitədir.

Məsələn, pula olan ehtiyacın altında yatan dəyər təhlükəsizlikdir. Elə olur ki, müsahibədəki şəxs, “mənim üçün pul vacib deyil, əsas odur ki, nəsə öyrənim” deyir. Bu şəxsin iş yerində axtardığı dəyər sizcə nədir? Öyrənmək. Onun altındakı dəyər nədir? Məsələn, zövq almaq. Lap da aşağı ensək və soruşsaq ki, zövq almaq sənə nə verir? Məsələn, deyəcək ki, “xoşbəxtlik”.

Bax beləcə, bizə hər gün motivasiya verən dəyərlərimizi axtarıb, tapmalıyıq. Təkcə iş üçün yox, elə lap həyatımız üçün də.

Müəllif: Leyla Surxayzadə











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Moneta.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə