Biznes platforması olan “LinkedIn” ötən günlərdə “2018 – ci ildə ABŞ da yüksələn işlər hesabatı” – nı yayımlayıb. Bu hesabat, təkcə Amerikada ən çox işə qəbulun həyata keçirildiyi işləri deyil, hazırda bir çox ölkədə ehtiyac duyulan bacarıqları da əhatə edir. Hesabatda seçilən işlər sırasında qrafik dizayn, rəqəmsal media və veb dizayn kimi yaradıcılıq və texnologiya ilə əlaqəli peşələr yer alır.
LinkedIn – in sözügedən hesabatına görə, hazırda iş dünyasında ən çox tələb edilən 10 bacarıq aşağıdakı kimidir:
Verbal ünsiyyət: Auditoriyaya xitab etmə, ünsiyyət qurma və təqdimat bacarıqları
İnsan resursları idarəetməsi: Komanda işi, audit bacarıqları və işçilərə rəhbərlik bacarığı
Proqramlaşdırma: Java, C++ ve Linux
Sosial media: Rəqəmsal media və sosial media analizi bacarığı
İdarəedicilik: İdarəetmə, strateji planlama və iş prosesini təkmilləşdirmə bacarığı
Vaxt idarəçiliyi: Təşkilatçılıq bacarıqları, vaxtın idarə edilməsi və çox tapşırıqlılıq
Liderlik: Komanda liderliyi və komanda qurma bacarığı
Qrafik dizayn: Adobe Photoshop, veb dizayn və illüstrasiya
Data Science (informasiya elmi): Data analizi, proqnozlaşdırma və statistikalar
Veb dizayn: HTML, javascript ve CSS
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Banco.az