Almaniyada İşləmək: İş Axtaranlara 8 TƏKLİF

12 avqust, 2018 32 34 557


Almaniyada İşləmək: İş Axtaranlara 8 TƏKLİF


Almaniya işləmək istəyib pul qazanmaq üçün cəzbedici Avropa ölkələrin sırasında bəlkə də birincidir. Bu ölkə sahibkarlar üçün geniş imkan yaratmaqla yanaşı, iş axtaranlar üçün geniş bir təklif bazasına malikdir.

Son aylar elektron poçt ünvanına istər Avropada istərsə də, Azərbaycanda yaşayan həmvətənlərimiz tərəfindən işlə bağlı çoxlu sayda müraciətlər daxil olur. Qərara aldıq ki, həmvətələrimizin Almaniyayda iş tapması üçün iş təklif edən firmalarla bağlı araşdırma aparaq. Beləliklə Avropanın “şah damarı” sayılan Almaniyada iş tapmağın 8 yolunu sizə təqdim edirik:

Almaniyada İşləmək: İş Axtaranlara 8 TƏKLİF


Almaniyan Federal İş Agentliyi (Bundesagentur für Arbeit – www.jobboerse.arbeitsagentur.de ) – iş təklif edənlərin böyük bir hissəsini öz bazasında saxlayır. Qurum iş axtaranlara həm internet vasitəsi ilə onlayn həm də, birbaşa iş görüşmələrində kömək edir. Siz Federal İş Agentliyinin saytında qeydiyyatdan keçdikdən sonra öz “CV”nizi yerləşdirərək iş təklifləri üçün gözləyə bilərsiniz.

Almaniyada İşləmək: İş Axtaranlara 8 TƏKLİF


Xaricdə İş və Mütəxəssis Tapmaq Mərkəzi (Zentrale Auslands- und Fachvermittlung [ZAV] ) – Almaniyada yaşayan həmvətənlərimiz bu iş qurumuna birbaşa gedə bilərlər. “ZAV”ın Almaniyada 150-dən çox mərkəzi, 600-dən çox kiçik şöbəsi var. Həmvətənlərimizə məsləhət görürük ki, “ZAV”a getməmişdən əvvəl telefon və ya “e-mail” vasitəsi ilə görüş günü alın (Termin). Şirkətin əməkdaşları sizə Alman və İngilis dilində xidmət göstərirlər.

Şirkətin əlaqə nömrəsi: 00 49-2 28-7 13 13 13
E-Mail adresi: zav@arbeitsagentur.de.
İnternet saytı: www.arbeitsagentur.de

Almaniyada İşləmək: İş Axtaranlara 8 TƏKLİF


“European Job Mobility Portal” (EURES) – 26 dildə bir əlaqə vasitəsinə sahib olmaqla yanaşı sizə böyük bir radiusda iş təklifi edir. Bu şirkət Avropada böyük bir iş bazasına malikdir. Eyni zamanda o istifadəçilərinə Almaniya və Avropanın digər ölkələrindəki boş iş yerləri ilə bağlı mütəmadi məlumat verir. Siz isə sadəcə müvafiq kateqoriyaları seçərək təklif olunan işlərə baxaraq qərarınızı verirsiniz.

https://ec.europa.eu/eures/eures-searchengine/page/main#/simpleSearch

Almaniyada İşləmək: İş Axtaranlara 8 TƏKLİF


Peşəkar İşçi Portalı “Make it in Germany”- Dəyərli həmvətənlərimiz, Almaniya son illər müxətlif sahələrdə mütəxəssis sıxıntısı yaşayır. Bu səbəblə Almaniya Federal İş və Sosial Təminat Nazirliyi, Federal İqtisad və Energetika Nazirliyi və Federal İş Agentliyi bir “Mütəxəssis kampaniyası” başladıblar.

Bu kampaniyanın önəmli bir hissəsi isə, çoxdilli “Make it in Germany” (www.make-it-in-germany.com )internet portalıdır. Bu saytda Almaniya xaricindəki mütəxəssislər təklif olunan işlərlə bağlı mütəmadi məlumat almaq şansına malikdirlər. Saytda ayrıca iş yerlərindəki boş vakansiyalar da göstərilir. İnternet saytı ayrıca “Autotranslate” vasitəsi ilə müətəxəssis ehtiyacı olan şirkətlərin iş sahələrini bir çox dilə tərcümə edir

Almaniya xaricindəki mütəxssislər 00 49-30-18 15 11 11 nömrəsi ilə də əlaqə yaradıb şirətin xidmətlərindən yararlana bilərlər.

Almaniyada İşləmək: İş Axtaranlara 8 TƏKLİF


Araşdırmacılar üçün İş Birjası (Euraxess) – Şirkət www.euraxess.de adlı sayt vasitəsi ilə elm adamlarının Avropada mövcud sahələrdə tələb olunan boş vakansiyalar üçün iş təkliflərini edir. “ Euraxess”in yaratdığı sistemi 30 dan çox Avropa ölkəsi dəstəkləyir.

Almaniyanın “Euraxess” Koordinasiya Mərkəzi “Alexander” və “Humboldt” vfondlarının nəzdində fəaliyyət göstərir. “Euraxess Germany” internet portalı isə, almanca və ingliscə fəaliyyət göstərir.

www.euraxess.de
Almaniyada İşləmək: İş Axtaranlara 8 TƏKLİF


Almaniya Baxıcılar Birliyi Peşə Birjası – Almaniyada yaşlı və xəstə insanlara baxmaq üçün xidmətçilərə ehtiyac hər keçən gün artır. Almaniya Baxıcılar Birliyi Peşə Birjası bu sahə üzrə təklif olunan işləri sizlərə təqdim edir. Məlumat üçün bildirək ki, son illər bu sahədə çalışan Azərbaycan vətəndaşlarının sayında artım qeydə alınıb. Təkcə almanca fəaliyyət göstərən aşağıdakı internet adresindən siz bu sahə üzrə iş tapa bilərsiniz.

www.dpv-online.de
Almaniyada İşləmək: İş Axtaranlara 8 TƏKLİF


Sosial Media və İş Mərkəzləri – Almaniyada bəzi şirkətlər “Facebook” və “Twitter” sosial, “LinkedIn” və “Xing” kimi peşə əlaqəsi şəbəkələrində işçi axtarırlar. Qeyd edək ki, bu sahə üzrə Almaniyada böyük bir boşluq var. Artıq bir çox universitetlər bu sahə üçün xüsusi tədris proqramı tətbiq edirlər.

www.ec.europa.eu saytı vasitəsi ilə şirkətlər boş vakansiyaları ilə bağlı məlumat verirlər. Siz bu saytda sosial media sahəsi üzrə ən son yeniliklərdən də xəbərdar ola bilərsiniz.

Almaniyada İşləmək: İş Axtaranlara 8 TƏKLİF


Qəzetlərin iş elanları– Almaniyada çox sayda günlük və həftəlik qəzet firmaların iş elanların yayımlayır.

İş birjaları ilə bağlı “Frankfurter Allgemeine Zeitung” və “Süddeutsche Zeitung” qəzetləri gündəlik, “Die Zeit” qəzeti isə, həftəlik iş elanlarını yayımlayır.

http://fazjob.net/
http://stellenmarkt.sueddeutsche.de/











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
AzEuroNews.com
Oxşar məqalələr
Şərhlər
ferid25 dekabr 2023, 12:38
salam men mebel ustasiyam 10 ilden coxdur ki bu senedle mesqulam alman dilim var almaniyada ish baresinde komeklik eleseniz minetdar olaram
Orxan13 aprel 2024, 12:09
Salam mən almaniyada sürücü işi axtaram 12il iş təcrübəm var
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə