CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir

21 oktyabr, 2018 31 2 642


CV göndərmədən öncə hər bir iş axtaran bunları bilməlidir


Heç fərqinə varmısınızmı, ölkəmizdə hansı sahələr üzrə iş axtarılır?! Apardığım müşahidələr və şirkətimizə gələn CV-lərdən anlayıram ki, vəziyyət heç də ürək açan deyil.

Namizədlərin çoxu -“təki iş olsun”- deyib CV göndərirlər. Hamı üçün tanınan peşələr var ki,iş axtaranlar yalnız o peşələri (sürücü,mühafizəçi, ofisdə hər hansı bir iş və s.) seçirlər. Təbii ki, o peşələr üzrə vakansiyalar məhduddur və yalnız bəlli sayda namizədlər işə qəbul olunurlar. Nəticədə çoxlu sayda işsiz və yaxud özünə uyğun iş tapa bilməyən kütlə yaranır. Bunun əksinə olaraq, şirkətlər də daxili tələblərinə uyğun işçi tapa bilmir və son nəticə olaraq, sahibkar işçi, vətəndaş isə, iş axtarır. Görək işçini və iş axtaranı bir araya gətirmək və problemi həll etmək üçün nə etmək olar???

Hamımıza məlumdur ki, son illər ölkəmizdə baş verən dəyişikliklər, tikinti, neft-qaz sahəsində olan inkişaf çoxlu peşə ixtisaslarına malik olan işçi kütləsinə tələbat yaradıb, amma bu peşə sahələrinin çoxunun adı və ixtisaslar haqqında tələblər iş axtaranlara tam şəkildə məlum deyil. Hamı iş axtarır, lakin mən hansı peşəni bacarıram, yaxud da bacardığım iş hansı tələblərə uyğun olmalıdır? - kimi suallar illərdir işçi kütləsi arasında cavabsız olaraq dolaşır. Təbii ki, bütün problemin ağırlığını iş axtaranların üstünə qoymaq olmaz, ən azı bu insanların təhsil və dünya görüşləri fərqli olduğu üçün məsələyə yanaşmaları da fərqli ola bilər, yəni problemin uğurlu həlli üçün bütün iş axtaranların peşə ixtisasları haqqında tələbləri öyrənməsi üçün vahid mənbədən istifadə etməsi mütləqdir.

Təcrübə göstərir ki, peşə-ixtisas sahələri və onlara olan tələblər aydın şəkildə müəyyən olunan ölkələrdə, peşə-ixtisas seçimi çox asanlaşır və insanlar sevdikləri peşələri öyrənmək üçün müxtəlif peşə-ixtisası üzrə kurslara, yaxud təcrübə mərkəzlərinə müraciət edirlər. Peşə ixtisaslarına olan tələblər təkcə iş axtaranlar deyil, həm də sahibkarlar üçün də keçərlidir. Belə olan halda, həm iş axtaran, həm də işəgötürən eyni nöqtədə görüşür və uğurlu namizədlər işlə təmin olunurlar.

İşə düzəlmək şansımızı artırmaq üçün biz ixtisas sahələrini tanımalı və onlara olan təlabatı qarşılamaq üçün nə etməli olduğumuzu öyrənməliyik ki, sahibkarların işçi axtarışları zamanı qoyduğu tələblərə cavab verə bilək.

Aydındır ki, bir suala cavab tapmaq üçün öncə sual düzgün qoyulmalı və ona uyğun gələn cavablar araşdırılmalıdır. Ona görə iş axtaran zaman “Mən hansı işi bacarıram və bu iş hansı tələblərə uyğun olmalıdır?”- sualını mütləq özünüzə verin, verin ki, cavabını tapa biləsiniz və ilk seçilən siz olasınız.

Hər zaman işiniz avand olsun !!!

Müəllif: Anar Məlikov











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Constance6 sentyabr 2024, 09:12
Unlike various other SEO tools, it does not require a data source of prescreened internet sites to leave back links.


Also visit my web site - Lorena
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə