Daha tez iş tapmaq üçün nə etmək lazımdır?

18 avqust, 2018 70 5 501


Daha tez iş tapmaq üçün nə etmək lazımdır?


İş müraciətlərindən rədd cavabı aldıqda dərhal hər kəs mütəəssir olur. Üstəlik, ətrafdakıların da “nə etdin?”, “iş tapa bildinmi?” kimi sualları ilə “ürəyini sıxma”, “Qismət” kimi təsəlliləri daha çox cansıxıcı olur. Bəs bir an əvvəl iş tapmaq istəyənlərin nə etməsi lazımdır? CV və Karyera Məsləhətçisi Esra Kəmər iş axtaranların daha tez iş tapması üçün nə etməsi lazım olduğundan danışır.

İşsizkən iş axtarmaq maddi və ya mənəvi cəhətdən olduqca çətin və yorucu bir prosesdir. Elanlara müraciət edirsən, amma heç bir şəkildə müsbət cavab ala bilmirsən. Getdikcə əhvalın pozulur, ümidlərin azalır. Bu prosesdə əvvəlcə qulaqlarını neqativlərə bağla və söylənənləri eşitməzdən gəl. Ümidsizliyə qapılma! Özün də daxil olmaqla, kimsənin səni dibə çəkməsinə icazə vermə!
Bəs iş axtarmağa başlayarkən ilk olaraq nə etməlisən?

Güclü tərəflərini, bilik və bacarıqlarını, edə biləcəklərini və uğurlarını kəşf et.
Qısa, orta və uzunmüddətli hədəflərini müəyyən et və bunları hazır tut.
Tərcümeyi-halını hədəflərinə görə yarat və hazır saxla.
İnkişafına diqqət yetir, bacarıqlarını möhkəmləndir və özünə maya qoy.
B planını hazırla.
Müsahibələrə hazırlaş.
İş müraciətlərinə diqqət yetir.
Bəs yuxarıdakı maddələrdən əlavə iş axtararkən başqa nələr edə bilərsən?

ŞƏBƏKƏNİ GÜCLƏNDİR
Əvvəlcə iş tapmaq üçün səndə fikir yaradacaq, yol göstərəcək, referans olacaq bütün iş və sosial dairənin siyahısını çıxar. Hədəfinə görə iş tapmaqda sənə dəstək olacaq, istiqamət göstərəcək insanlarla ünsiyyətə keç. Bunu nəzərə alaraq şəbəkəni (network) genişləndir və İR mütəxəssisləri, yaxud hədəfinə uyğun adamlarla əlaqə yarat. Əlaqə qurarkən nə üçün əlaqə qurmaq istədiyini vurğulamağı unutma.

QAPI-QAPI GƏZMƏKDƏN ÇƏKİNMƏ
İşləmək istədiyin sektorda, yaxud mövqedə olan insanlarla ünsiyyətə keç. Məsələn, bu adamları qəhvə içməyə və ya səhər yeməyinə dəvət edə bilərsən. Cəsarətli və inandırıcı olmağa və niyyətini açıq şəkildə ifadə etməyə çalış. Bu insanlarla ünsiyyət qurmazdan əvvəl özünü daha yaxşı necə ifadə edəcəyini düşün; suallarını hazırla. Suallarının sektora, o işin incəliklərinə, üstünlüklərinə, sahib olunması lazım olan bilik və bacarıqlara uyğun olmalıdır. Qarşındakı adama "İş axtarıram" hissini yox, "Çox güclü cəhətlərim və xüsusiyyətlərim var, bu işə və sizə uyğunam" hissini verəcək şəkildə danış və peşəkar olduğunu hiss etdir. (Bu görüşdən sonra, bəlkə də, yeni bir fürsət yarana bilər; səni çalışdığı firmanın İR peşəkarına təqdim edə və ya boşalan iş yeri olanda sənə xəbər verə bilər. Bundan başqa, daha əvvəl birlikdə çalışdığın iş yoldaşlarınla və rəhbərlərinlə görüşə bilərsən. Beləliklə, həm özünü xatırladar, həm də iş axtarış ilə bağlı onlardan ideya və ya təklif ala bilərsən.

TƏŞƏBBÜSKAR OL
Bir iş müraciəti edəndə, o işdə çalışan İR mütəxəssislərinə və ya o şirkətdən biri ilə əlaqə yaratmağa çalış. Şirkətdə çalışan bir tanıdığın və ya tanıdığının bir tanıdığı ola bilər. İR peşəkarına və ya müvafiq orqanın rəhbərinə əldən CV göndərmək işi sürətləndirə və ya sənin nəzərəçarpan olmağını təmin edə bilər. (Bu şəkildə verəcəyin tərcümeyi-halını mütləq o şirkətə xüsusi olaraq hazırlamalısan!) Əgər İR orqanından birini tanıyırsansa, İR-dəki nümayəndələrlə əlaqə qurmaq üçün şirkətə zəng edə və İR orqanının e-poçtunu öyrənərək CV-ni maillə göndərə bilərsən. Elektron poçt göndərərkən də mail-də "mən bu işi bacarıram və sizə uyğunam" mesajını peşəkar dildə hiss etdirməyin çox əhəmiyyətlidir.

TƏRCÜMEYİ-HALINI İR MÜTƏXƏSSİSİNƏ ÇATDIR
Tərcümeyi-halınızı İR-ə göndərdin. Tərcümeyi-halının İR mütəxəssisinə çatıb-çatmadığını öyrənmək üçün də şirkətə zəng vura, hətta telefonda tərcümeyi-halının o şirkət üçün uyğun olub-olmadığını soruşa bilərsiniz. Ancaq bunu edərkən mənfi bir cavab eşitməyə hazır olmaqda fayda var. (Əgər mənfi bir cavab eşitsən də bu cavabı heç vaxt fərdiləşdirmə və özünü pis hiss etmə. Əksinə, “necə daha yaxşı ola bələrəm” sualı üzərində düşün.

SOSİAL MEDİADAN EFFEKTİV İSTİFADƏ ET
Sosial media artıq işçilərin işdən çıxmasına səbəb olursa, niyə işə alınmasına səbəb olmasın? Hədəfində təşkilati firmalar varsa paylaşımlarına diqqət etməlisən. Unutma ki, paylaşımların səni təmsil edir, fərdi markan haqqında fikir yarat. Bundan başqa, həmçinin digər sosial media platformalarından da səni bir işə yönəldəcək, iş almağını təmin edəcək şəxslər çıxa bilər. Gözüaçıq ol. Bu insanlarla ünsiyyətə keç və onların diqqətini çəkəcək paylaşımlar etməyə çalış. Bir də gördün iş təklifi almısan, nə bilmək olar?

HƏDƏFİNƏ UYĞUN QHT-LƏRDƏ ÇALIŞ
İşləmək istədiyin sahəyə və hədəflərinə uyğun olan qeyri-hökumət təşkilatlarında könüllü olaraq çalışa bilərsən. QHT-lər birdən artıq peşəkarla tanış ola biləcəyin, ünsiyyət yaradacağın və özünü göstərə biləcəyin yerlər arasındadır. Burada kritik məqam, "nə də olsa könüllüyəm" deyərək beş görüşdən sonra iclaslara iştirak etməkdən imtina etmə və başladığın işi başa çatırmağa diqqət etməyindir. Yaxşı təəssürat yaratmağa, düzgün adamlara çatmağa diqqət göstərməyin çox əhəmiyyətlidir.

Bundan başqa, özünəinam və pozitiv düşüncə ilə ünsiyyət qurmağa diqqət göstər. Kim haradan qarşına çıxacağı məlum olmaz… İş axtarma prosesinə diqqət yetir, hətta işin ancaq bu olsun. Prosesi zamanın ixtiyarına burax, işə başlayacağın zamanı səbirlə gözlə və heç vaxt usanma. Tək bir mövqedə israr etmək əvəzinə, ehtiyat planların üçün də iş axtarma prosesini davam etdir. Nə gözləyirsən? Bu andan etibarən özünü yenilə və yeni fikirlərlə iş axtarmağa başla!











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Finmarket.az
Oxşar məqalələr
Şərhlər
Halley21 noyabr 2024, 02:43
Payment examples assume buy value of $100,000 and don't include
quantities for Private Mortgage Insurance taxes and insuranmce coverage premiums.


Here is my page 기타 대출
Gerardo21 noyabr 2024, 02:44
The APR vary is fairly aggressive in contrast with related lenders, and you may
borrow up to $50,000.

my web site :: 이지론
Kimberley21 noyabr 2024, 11:02
A Truist Personal Line of Credit provides flexible entry to cah whenever you want it.


Also visiit my web-site: Loan for Defaulters
Freeman22 noyabr 2024, 02:29
Our blog is a group of articles centered on managing, saving and
borrdowing cash.

Review my website 자동차 대출
Bradley22 noyabr 2024, 12:37
Acquiring possession by leasing costs greater than the
retailer’s cash price.

my blog post - 무직자 대출
Cindy22 noyabr 2024, 16:07
Just like some other sort of mortgage, a private mortgage is a one-time fee of money to a borrower.


Feel free to surf to my webpage: z9n.net
Rebecca25 noyabr 2024, 23:59
For instance, say your own home's appraised value is $200,000.


Feel free tto surf to my website: 이지론
Orville26 noyabr 2024, 00:24
Credit union membership and a minimal share deposit are required.


Also visit my webpage support-it.smsit.ai
Susie26 noyabr 2024, 03:46
Acquiring possession by leasing prices more than the
retailer’s money price.

My page 이지론
Candelaria4 dekabr 2024, 07:56
Extra states will be added to this list in the future annd we'll
update our Caesars critique accordingly.

Alsoo visit my website; 카지노친구
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə