Bir çox insan üçün 30 yaşlar həyatlarında böyük dəyişikliklərin baş verdiyi dövrdür. Bu dəyişikliklərə ölkə xaricinə köçmək, karyeranı dəyişmək və ya yeni biznesə başlamağı göstərmək olar.
Dünyada 30 yaşlarında böyük karyera dəyişiklikləri etmiş çoxlu uğurlu insanlar var.
Onların bəzilərini təqdim edirik:
Cef Bezos 31 yaşında “Amazon”u təsis edərkən Wall Street-də uğurlu karyerası var idi. Bezos “Amazon” sayəsində 130 milyard dollar ilə dünyanın ən varlı insanı oldu.
Rid Hofman “Linkedin”i təsis edəndə 35 yaşı var idi. Bundan əvvəl, o, “PayPal”ın vitse-prezidenti idi ki, bu vəzifəyə 30 yaşlarında təyin olunmuşdu. Bugün Hofmanın sərvəti 3 milyard dollardan çoxdur.
Forbes-ə istinadən, Coan Roulinqin 650 milyon dollar sərvəti var. Onun ilk “Harry Potter” kitabı çap ediləndə 34 yaşı var idi.
Arnold Şvartsenegger 30 yaşa qədər bodibildinq üzrə bir neçə mükafat qazanmışdır. Lakin, onun baş rol oynadığı “Conan” filmi 31 yaşında çıxana qədər beynəlxalq aləmdə çox da tanınmırdı.
Jonah Peretti “Huffington Post”u 31 yaşında və “Buzzfeed”i isə, 32 yaşında təsis etmişdir. “Huffington Post” 2011-ci ildə 315 milyon dollara satıldı və “Buzzfeed”in dəyəri hazırda 1 milyard dollara yaxındır.
Reed Hastings “Netflix”i 1997-ci ildə 36 yaşı olarkən təsis edib. Bugün CEO olan Reed-in sərvəti təxminən 4 milyard dollardır.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Moneta.az