Ünsiyyətdə sendviç metodu

28 oktyabr, 2018 0 2 708


Ünsiyyətdə sendviç metodu


Ünsiyyət həyatımızın əsas tərkib hissəsidir. Həyatımızın hər mərhələsində – evdə, məktəbdə, işdə, avtobusda v.s mühitlərdə bir sıra insanlarla ünsiyyət etməyə ehtiyac duyuruq. Və bu danışıqlar zamanı müəyyən fikirləri birbaşa demək qarşı tərəfi çətin vəziyyətə sala bilər və bu, eyni zamanda bizim üçün də o qədər asan olmur.

Əgər fikir bildirdiyiniz adam tanımadığınız adamdırsa və ya az tanıdığınız adamdırsa, bu zaman bir başa tənqidə keçmək istənilən effekti verməyəcək. Ona görə də, danışıqlarda hər hansı bir məsələyə tənqidi fikir bildirmək üçün ən ideal metod sendviç metodudur. Metodun mahiyyəti ondan ibarətdir ki, tənqidi fikir söyləyərkən ilk öncə xoşunuza gələn məqamları qeyd edin, daha sonra neqativ və ya inkişaf etdirilməli olan cəhətləri qeyd edin və daha sonra əvvəl qeyd etdiyiniz müsbət fikirləri təkrar edərək fikrinizi yekunlaşdırın. Yəni tənqidi fikirləri pozitiv fikirlərlə bəzəyərək qarşı tərəfi incitməyəcək şəkildə söyləyin. Tənqidi fikrə keçərkən “amma, ancaq, lakin” bu kimi ifadələrdən istifadə etmək əvəzinə “və” bağlayıcısı daha məqsədə uyğundur. Çünki “amma ancaq lakin” kimi ifadələrdən istifadə əvvəl deyilən fikirlərin yalan, şişirdilmiş olması düşünülə bilər. “Və” bağlayıcısı isə həmin fikrin davamı kimi qəbul edilir. Yəni neqativ və ya tənqidi fikirləri iki müsbət cəhət arasında sanki gizlədərək təqdim edin. Bu, iki çörək arasındakı ətə bənzədildiyindən bu metod sendviç metodu adlanır. Bu metod danışıqlarda çox effektlidir. Bu metoddan istifadə edərkən fikrinizi bildirdiyiniz zaman, bu, qarşı tərəfi incitməyəcək və onlar bunu normal hal kimi qəbul edəcəklər.

Ünsiyyətdə sendviç metodu


Gəlin iki nümunə ilə Sendviç metodunun ünsiyyətdəki əhəmiyyətinə praktiki nəzər salaq. Təsəvvür edək ki, sizə axşam saat 11 dən sonra kimsənin zəng etməsi sizi narahat edir və siz bundan xoşlanmırsınız. Bunu:

“bir də mənə axşam saat 11 dən sonra zəng etmə” demək əvəzinə, “sənin mənə zəng edib bu məsələ haqqında maraqlanmağın mənim çox xoşuma gəlir və bu məlumatları səninlə bölüşmək mənim üçün həqiqətən xoşdur və bunu axşam saat 11 dən sonra etməyin mənim yuxu rejimimin pozulmasına səbəb olur. Ümumilikdə bizim bu mövzunu müzakirə edərək fikir mübadiləsi aparmağımız mükəmməl işdir, bircə bunun günün digər saatlarında edərsək, bu daha məqsədə uyğun olar” şəklində təqdim etmək hər iki tərəf üçün də xoş olar və bu tərəflərin münasibətinə xələl gətirməz.

Göründüyü kimi konkret mənə bu saatda zəng etmə demək əvəzinə, bunu digər pozitiv cəhətlərin arasında deməyimiz daha qəbul edilən və xoş olur.

Başqa bir nümunəyə nəzər salaq: Siz dəyərləndirmək üçün müəyyən bir namizədin təqdimatında iştirak edirsiniz. Tutaq ki, namizədin geyim formasından başqa hər şey sizin ürəyinizcədir. Bunu “bu geyim tərzi qətiyyən təqdimata uyğun deyil” şəklində demək əvəzinə, “ümumilikdə təqdimat çox xoşuma gəldi, mövzu seçimi, prezentasiya bacarıqları, bədən dili, göz kontaktı v.s hər şey qaydasındadır və geyim tərzi də işgüzar üslubda olarsa siz işinizdə ciddi uğurlar əldə edəcəksiniz” şəklində demək daha məqsədə uyğundur. Bu, sendviç metodudur. Hər iki vasitə ilə də, geyim tərzinin təqdimata uyğun olmadığı deyilir. Lakin, birinci üsul kəskin etiraza səbəb olur və namizəd müdafiə moduna keçir. İkinci üsulda isə namizəd geyimin düzgün olmadığını daha rahat qəbul edir və bu, hər iki tərəf üçün də ünsiyyəti asanlaşdırır.

Ünsiyyətdə sendviç metodu


Bu metod vasitəsilə demək istədiyimiz tənqidi fikri qarşımızdakını incitmədən ona bildirə bilərik. Əsas məqsəd bunu sendviç metodu ilə iki müsbət fikir arasında ona deməkdir.

Müəllif: Nüsrət Xəlilov











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə