CV-ni yaxşılaşdırmaq üçün 10 üsul

12 aprel, 2018 0 1 521


CV-ni yaxşılaşdırmaq üçün 10 üsul


Artıq il başladı, çoxları üçün gözlənildiyindən ağır olacaq, çünki pul bahalaşır. Elə ona görə də CV-ni dəyişdirmək və eyni zamanda onu daha da yaxşılaşdırmaq pis olmazdı.



1. Şriftlərlə ehtiyatlı olun

CV oxunaqlı olmalıdır, əgər seçilmiş şrift buna yol vermirsə, onu tez dəyişmək lazımdır. Bundan başqa şriftin ölçüsünə diqqət edin – başlıqları həddən artıq böyük etmək olmaz, eləcə də əsas mətn üçün 10 bənddən az ölçü seçməyə dəyməz.



2. Vərdişlərinizdən başlayın

Əksər işəgötürənlər bu bölmə ilə maraqlanacaqlar. Əlbəttə vərdişlərinizi harda almağınızla maraqlanacaqlar, beləki, hər şey vərdişlərdən başlayır.



3. Hətta orfoqrafiyanın avtmatik yoxlanmasından sonra da mətnin səhvlərini diqqətlə yoxlayın

Məkan və adam adlarında səhv etmək olar. İmkan varsa kimdənsə xahiş edin yenidən oxusun.



4. Eynicinsliliyə fikir verin.

Əgər CV-ni rezyume ilə birlikdə göndərirsizsə - onları eyni stildə tərtib edin və eyni cür kağızda çap edin. Bu təkcə dokumentləri görünüşcə birləşdirmir, həm də sizin nə dərəcədə ciddi olmağınızı göstərir.



5. Əvvəlki öhdəliklərinizin təsvirini qısaldın

Ümumi halda işəgötürənə tutduğunuz vəzifənin adını demək kifayətdir, bilsin ki, nə ilə məşğul olmusunuz. Tutduğunuz bütün vəzifələri ətraflı təsvir etmək lazım deyil, yuxarıda göstərilən vərdişlər daha çox şey deyir.



6. Çoxları CV-ni tarixlərdən başlayırlar – “2005-2008 McDonalds kassir”- çox işəgötürənlərə tarixlər vacib deyil, onları axıra saxlayaraq əsas məsələyə diqqətinizi cəmləyin.



7. Böyük boşluqlar buraxmayın

Hətta hansısa zaman ərzində daimi əsaslarla heç yerdə işləməmisinizsədə - böyük boşluqlar buraxmayın, oranı həmin vaxtı yaşlı qohuma və ya uşağa qulluq kimi məşğuliyyətinizin təsviri ilə doldurun. Əmək bazarında olmamağınızın pozitiv bəraəti ilə boşluqları doldurun.



8. Dini bura daxil etməyə dəyməz

Diskriminasiyaya səbəb ola biləcək heç bir informasiyanı o cümlədən –özünüzün dini mənsubiyyətinizi bura daxil etməyə dəyməz. İş üçün bu informasiya həqiqətən vacibdirsə, onun haqqında sonra bildirərsiniz.



9. Mətni düzləndirin

Asılı sətirlər səliqəsiz görünür, vaxt sərf edin yaxud mətn düzləndiricinizdən avtomatik düzləndirməyi xahiş edin.



10. Standartlara uyğunlaşın

Əgər sizin fəaliyyət sferanızda CV tərtibatında hansısa standartlar formalaşıbsa, onlara əməl etməyiniz lazımdır bilinsin ki, “siz mövzudasınız”.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Gojob.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə