Niyə əlaçılar yaxşı sahibkar ola bilmirlər?

19 aprel, 2021 1 1 530


Niyə əlaçılar yaxşı sahibkar ola bilmirlər?


Sahibkarlara zərər verə biləcək ən paradoksal xüsusiyyətlərdən biri ağıldır. Bəli, nə qədər çox uğurlu və bacarıqlısansa, biznes sahibi olmaq bir o qədər çətin olur.

Sizə elə gələ bilər ki, ağıl, motivasiya və istedad hər bir insanı sahibkara çevirə bilər, amma təəssüf ki, çox vaxt əksinə baş verir.

“İstənilən bir işdə hamıdan yaxşıyam”

Ağıllı insanların problemləri məktəbdən, ilk “qrup layihələri”ndən başlayır. Əgər 80/20 qaydasını (işin 80%-ni insanların 20%-i görür) bilsəydiniz, qrup layihələri ilə bağlı proqnozunuz nə olardı? Bu cür qrupların ən ağıllı və istedadlı insanları işin böyük payını özləri yerinə yetirməyə qərar verirlər. Onlar nüfuzlarına yüksək dəyər verirlər və həftənin cəmi iki gününü dərsə gələn, qalan üç gününü isə yatan birinin öz vəzifəsini yaxşı yerinə yetirəcəyinə ümid etmək istəmirlər. Bunu unudun – ağıllı insanlar işin yükünü öz üzərilərinə götürürlər və layihəni təkbaşına başa çatdırırlar.

Ağıllı insanların iş dövrü məhz belə başlayır. Onlar hər şeyi demək olar ki, hamıdan yaxşı edirlər. Onlar hamıdan yaxşı yazırlar, planlaşdırırlar və izah edirlər. Onlar hər şeydə yaxşıdırlar, tək biznesdən başqa. Sahibkarlıqda onlar ən yaxşı deyillər, əksinə – sıxılmış vəziyyətdədirlər.

Sutkada cəmi 24 saat var və bir insanın hələ yatması, yemək yeməsi, duş qəbul etməsi və digər şeylər etməsi lazımdır. Nəticədə, ağıllı insan bütün işləri təkbaşına etməyə çalışır, çünki başqasının bunu pis etməsinə icazə verə bilmir və “insan-orkestr” obrazına qapılır. Bir sözlə, inkişaf etmir.

Niyə fırıldaqçılar sahibkar rolunun öhdəsindən yaxşı gəlirlər

Maraqlıdır, amma bəzi “avaralar” sahibkarlıqda “ağıllı” insanlardan daha yaxşıdırlar. Niyə? Onlar özlərini bütün işləri görəcək ağıllı insanlarla əhatə etməli olduqlarını çox tez başa düşürlər. Tapşırıqları paylamağı və başqalarını idarə etməyi yaxşı bacarırlar.

Nə qədər çox prosesi avtomatlaşdıra bilirsinizsə, bir o qədər ağıllısınız

Ən mükəmməl halda ağıllı insan istedadlarını digərlərinə ötürməyi bacarmalıdır. Lakin bacarıqlı insanlar hər şeyi təkbaşına etməyə öyrəşdikləri üçün, işin böyük hissəsinin avtomatlaşdırılması və digər bu kimi vacib bacarıqları öyrənmirlər. Ağıllı biri olaraq, bilik və istedadınızı başqalarına əlçatan formada təqdim etməlisiniz.

Ağıllı və istedadlı insanlar qeyri-adi, mürəkkəb və bənzətməz olan hər şeyə diqqət edirlər. Onlar biznesin tələb etdiyi “sadə et” prinsipinə riayət etməyi sevmirlər.

Fantastik sənaye zavodundakı konveyer və ya qlobal miqyasda böyümüş “McDonaland’s” haqqında düşündünüzsə, bu ideyaların hər iksi mürəkkəb görünür. Lakin reallığa baxsaq, onlar inanılmaz dərəcədə sadə addımların ardıcıllığıdır. Hər tapşırıq kiçik addımlara bölünür. Konveyer işçisi konkret tapşırıqları yerinə yetirir. Eynisini aşpaz, kassir və ya “McDonaland’s”dakı operator edir.

Dünyadakı ən böyük və ağıllı bizneslərdə təkcə ağıllı insanlar işləmir. Əslində əksər müəssisələrdə adi insanlar işləyirlər. Bu şirkətlərdə işi standartlaşdırmaq, avtomatlaşdırmaq və tapşırıqların bir qismini deleqasiya etmək üçün bir neçə ağıllı mütəxəssis var.

Yəni işlərin çox hissəsini sadələşdirmək üçün bir yol tapmasanız, ağıl və istedad sizə yaxşı sahibkar olmağa kömək etməyəcək. Bu asan deyil, çünki düşüncə tərzinizə ziddir. Bununla belə, biznesiniz inkişafı üçün vacibdir.

İtirmək üçün həddən artıq çoxdur

Ağıllı insanların qarşılaşdığı digər bir problem böyük itkilərdir. Sizin müxtəlif sahələrdə çox pul qazanmaq, o cümlədən karyera pilləkənində irəliləmək şansınız olacaq.

Bu o deməkdir ki, biznesə başlayanda daha az pul qazanan və karyera perspektivləri cəlbedici olmayan birindən daha çox riskə getmək lazımdır. Bu, tez-tez istifadə etdiyimiz “qızıl qandal” dilemmasına aiddir. Risk nə qədər çoxdursa, qazanmaq fürsəti də bir o qədər böyük olmalıdır.

Orta məktəbdəki “böyük ehtimalla müvəffəqiyyətli” birinin (əlaçı yox) biznesdə uğurlu olmasına təəccüblənməyin.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Banker.az
Oxşar məqalələr
Şərhlər
Kaycee20 iyul 2024, 20:37
It's a pity you don't have a donate button! I'd most certainly donate to this excellent
blog! I suppose for now i'll settle for bookmarking and adding your RSS feed to my Google account.

I look forward to fresh updates and will share this website with my Facebook group.
Talk soon!

Here is my web blog ... Teela
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə