2019-cu ildə sizi şirkətlərə cəlbedici edəcək şeylər

28 yanvar, 2019 0 559


2019-cu ildə sizi şirkətlərə cəlbedici edəcək şeylər


Həyat sürətinin durmadan artdığı bir vaxtda bizneslər (məcburən) daha da “eqoist”ləşib. İndi onlar əvvəlkindən daha da az səy göstərməklə daha çox gəlir əldə etmək istəyir. Amma, əsas səyləri transformasiyaya (rəqəmsallaşma) yönəlsə də şirkətlər hələ də onlara çətin məqsədlərinə çatmaq üçün bacarıqlı insanlara ehtiyac duyur.

Digər tərəfdən, təbii olaraq, yaxşı işlər üçün rəqabət də güclənib. Amma yaxşı xəbər budur ki, sizi daha da püxtələşdirəcək nisbətən sadə və güclü yollar var. Şirkətlərdə işləyən təcrübəli insanların rəylərinə əsasən aşağıdakı 3 məqam sizin dəyərinizi artıracaq və sizi işəgötürənlərə daha cəlbedici edəcək.

CV-nizi “ağıllı” edin

İşəgötürənlərin CV-nizi bəyənib bəyənməməsinə saniyələr sərf etməsinin əsas səbəbi odur ki, onlar istedadlı insanları dərhal görür – onlarda həqiqətən ehtiyac duyduqları insanı kağız üzərində olsa belə hiss etmə instinkti var. Odur ki, indi sizin təcrübə və bacarıqlarınızın “ruhu” – şəxsi brendinizi sata bilmək (və ya əksinə bunu bacarmamaq) – əvvəlki vaxtlardan daha önəmlidir. Beləliklə, CV-nizin xülasə bölümündə yazdıqlarınızı işəgötürən şirkətin tələbləri ilə uzlaşdırın. Məsələn, əgər şirkət əsaslı xərclərini azaltmaq istəyirsə siz göstərin ki, keçmiş təcrübənizdə şirkətə xərclərə qənaət etməsi və daha da səmərəli işləməsi üçün nə etmisiniz.

Eyni münasibət “təcrübə və bacarıqlar” bölümünə də aiddir. Elə edin ki, işəgötürənlərin gözündə israfın qabağını necə almağınız, yenilikçi üsullar tətbiq etməklə satışları artırmağınız və ya işi rəqəmsallaşdırmaqla məhsuldarlığı necə qaldırmağınız onların gözündə canlansın. Bunu hər yeni işə görə uyğunlaşdırın.

İşəgötürənin maraqlarını üstün tutun

Siz hər hansı bir məhsul ya da xidmət alanda ilk növbədə nəyi düşünürsünüz? O sizin ehtiyaclarınızı necə qarşılayacaq, elə deyilmi? Məsələ bundadır ki, şirkətlər də eyni şeyi fikirləşir. Hər nə qədər sizə bir şəxs kimi hörmət etsələr də onların vecinə deyil ki, sizin o işə nə qədər çox ehtiyacınız var, sizin maddi vəziyyətinizi necə yaxşılaşdıracaq və ya sizin özünüzə əminliyinizi artıracaq. Onları əsas maraqlandıran odur ki, siz onlara çətin vəziyyətdən çıxmağa necə kömək edəcəksiniz. Siz onlara göstərməlisiniz ki, şirkətə və komandaya qısa və uzun müddətli məqsədlərini həyata keçirməkləri üçün uyğun gəlirsiniz.

Necə? Sizə uyğun sənayeyə və şirkətlərə ciddi maraq göstərin. Onların sosial media səhifələrini izləyin, onların tədbirlərində iştirak edin, amma göstərin ki, orda olmağa sizin ciddi səbəbiniz var. Məsələn, şirkətin rübün yekunlarına həsr etdiyi sessiyalara qatılın və düzgün suallar verin, onların üzləşdiyi mümkün bir problemi qabardın ya da hazırda üzləşdikləri çətinliklə bağlı bir həll yolu təklif edin. Bunu usanmadan edin.

Nüfuzlu şəxsiyyət olun

İstənilən biznesin, hətta sosial sahədə fəaliyyət göstərən bir şirkətin belə öz bizneslərini böyütmələri və ya səslərini daha da çox auditoriyaya çatdırmaları üçün vəkilliyə ehtiyacı var. Son zamanlar getdikcə daha çox bizneslər öz marketinq fəaliyyətini nüfuzlu şəxslərin – onlara daha çox müştəri cəlb edən və onları daimi edən və ya onların brendlərini daha effektli və davamlı tanıtdıran adamlar – üzərində qurur.

Yaxşı bəs nüfuzlu şəxsiyyət – auditoriyaların etibar etdiyi bir səs olmaq üçün nə etməli? İlk və ən əsası sözün həqiqi mənasında ekspert olacağınız bir sahəni seçin. Bloq yaradın, Facebook səhifəsi və ya video kanal açın və onların vasitəsilə doğurdan da maraqlı və yeni bir şey bölüşün. Elə bir şey ki, insanlara bir faydası, dəyəri olsun. Digər nüfuzlu insanların auditoriyalarına qoşulun və orada şərhlər yerləşdirin və onların dəyərli fikirlərini bəyənin. Əgər siz bunları müntəzəm etsəniz bir müddətdən sonra görəcəksiniz ki, insanlar sizi izləməyə başlayıb və sizin səsinizə qulaq verirlər. Səviyyənizin çox yüksək olduğunuzu hiss etsəniz belə, keyfiyyətiniz artırmağa davam edin, cünki sizin nə dərəcədə nüfuzlu olduğunuzu müəyyən edən məhz sizin auditoriyadır.











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
Resume.az
Oxşar məqalələr
Şərhlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə