Bugün bir çox insan karyerasının qurulmasına görə həmişəkindən daha çox məsuliyyət daşıyır. İstər karyera yolunuzun lap başlanğıcında dayanın, istərsə də bir neçə illik iş təcrübəsiniz olsun, fərq etməz, aşağıdakı məsləhətlər karyera yüksəlişində Sizə yardımçı ola bilər.
Öyrənməkdən heç vaxt vaz keçməyin – həyat boyu öyrənmək Sizin həyat amalınızdır
Dünya daima dəyişir, hamı biznes üçün yeni yollar axtarır. Əgər hazırki bacarıqlarınızın kifayət qədər yaxşı olduğu qənaətindəsinizsə, hazırki vəzifənizin də kifayət qədər yaxşı olduğunu düşünürsünüz.Amma gələcəkdə karyera haqqında düşünürsünüzsə, bilik və bacarıqlarınızı müntəzəm olaraq yeniləndirməlisiniz.
Soruş, dinlə və öyrən – Dinləməyi bacaran çox şey öyrənə bilər
Kolleqalarınızı, rəisinizi, rəhbərinizi dinləyin. Onların təcrübəsindən çox şey öyrənə bilərsiniz. Sizə maraqlı olan məsələlər haqqında sual verin və onların cavablarına qulaq asın. İşlərin necə həyata keçirildiyini və nəyi daha yaxşı edə biləcəyinizi Sizə demələrinə onlara imkan verin. Çoxları Sizin pulsuz müəlliminiz olmaq istəyir.
Hazırki işinizi yerinə yetirin – Hazırki işiniz karyeranızın başlanğıcı üçün ən münasib yer ola bilər
Uğurlu insanları orta insanlardan çox az şey ayırır. Amma öz-özünə heç nə baş vermir. İşinizi yaxşı görsəniz və vəzifələrinizi yerinə yetirsəniz, çox vaxt yeni karyeranın başlanğıcı üçün ən yaxşı yol məhz budur.
Edə biləcəyiniz işlər haqqında rəhbərinizlə danışın. Təkmilləşdirmələr təklif edin. Lazım olduqda kömək təklif edin. Əvəzində isə daha yaxşı karyera qurmaq üçün kömək istəyin. Əgər dəyərli əməkdaş olduğunuzu sübuta yetirmisinizsə, bilavasitə təşkilat daxilində bunu reallaşdırmaq həmişə mümkündür.
Şəbəkənizi yaradın – Növbəti karyera mərhələniz əlaqənizdən yarana bilər.
Bütün iş yerlərinin 50%-dən çoxunun əlaqə şəbəkələrindən əldə olunduğunu bilirdinizmi? Yaxşı əlaqə şəbəkəsinə maliksinizsə, burada gələcək karyeraları aşkar edə, yeni meylləri araşdıra və yeni imkanlar haqqında bilgi əldə edə bilərsiniz.
Yeni əlaqələr qurmağa vaxt sərf edin və artıq malik olduğunuz əlaqələri isə qoruyub saxlamağı unutmayın. Şəbəkənizdən ciddi informasiya almağın ən yaxşı yolu müntəzəm şəkildə əlaqələrinizlə hal-əhval tutmaq, nə işlə məşğul olduqlarını və karyeraları ilə bağlı hansı yenilikləri soruşmaqdır.
Hazırki vəzifənizi müəyyən edin – Hazırki işinizi qəbul etmək deyil, müəyyən etmək lazımdır
Boynunuza götürdüyünüz tapşırıqlarla işləmədiyinizə əmin olun. Bu, vaxt və istedadın boşuma sərf edilməsidir. Yeni işə başladıqda, prioritetlərinizlə bağlı rəhbərinizlə danışın. Ən mühüm olanın nədən ibarət oldu]undan əmin deyilsinizsə, ondan soruşun. Nəyi qəbul etdiyinizlə əslində nəyin zəruri olduğu arasındakı fərqlər Sizi çox təəccübləndirəcəkdir.
Növbəti işinizi müəyyən edin – Arzuladığınız işi müəyyən etmək lazımdır
Gələcək karyeranızı planlaşdırmağa başlamazdan əvvəl arzuladığınız işi müəyyən etdiyinizə əmin olun. Arzuladığınız işdə yalnız zövq aldığınız şeyləri edəcəksiniz. Bu hansı iş ola bilər?
Digər əməkdaşlara görə məsuliyyət daşımağı xoşlayırsınızmı, yoxsa xoşlamayırsınızmı? Texnologiya, yaxud insanlarla işləməyi xoşlayırsınız? Öz bisnesinizin olmasını istəyirsinizmi? Rəssam, dizayner, yaxud bacarıqlı mühəndis olmaq istəyirsiniz? Menecer necə? Gələcək karyeranızı qurmazdan qabaq məqsədinizi müəyyən etməlisiniz.
Özünüzü hazırlayın – Arzunuz sabah reallaşa bilər. Hazırlıqlı olun
Bir saniyə də olsa gözləməyin. CV-nizi elə indicə və müntəzəm şəkildə yeniləndirin. Arzuladığınız iş sabah burnunuzun dibində peyda ola bilər. Buna peşəkar CV ilə gedin və Sizi işə qəbul edəcək istənilən şəxsə özünüzü dəyərli obyekt kimi təsvir etməyə hazırlıqlı olun. CV-ni necə yazmağı, yaxud özünüzü necə təsvir etməyi bilmirsinizsə, bunu öyrənməyə elə indi başlayın.
Düzgün alətləri seçin – İdarə edə biləcəyiniz alətləri seçin
Siz müxtəlif alətlərdən istifadə etməklə gələcək karyeranızı qura bilərsiniz. W3 universitetində oxumaq asandır. Tam magistratura dərəcəsini almaq isə daha mürəkkəbdir.
Kitab və dərs vəsaitlərinin köməyilə karyeranıza çox şey əlavə edə bilərsiniz (W3universitetlərində tapdığınız kimi). Sertfikat imtahanları verməklə keçirilən qısa müddətli kurslar CV-nizə dəyərli çəki qata bilər. Unutmayın ki, çoz vaxt hazırki işiniz yeni bacarıqların əldə olunması üçün ən dəyərli mənbədir. İdarə edilməsi Sizin üçün həddən ziyadə çətin olan aləti seçməyin.
Arzularınızı reallaşdırın – Arzularınızı hərəkətə çevirin
Məşğul işin arzularınızı məhv etməsinə imkan verməyin. Daha yüksək məqsədləriniz vardırsa, onları reallığa çevirin. Əgər təhsili davam etdirmək, daha yaxşı iş tapmaq, öz şirkətinizi açmaq, yaxud hər hansı digər planlarınız vardırsa, gündəlik işinizdən “gözləmə məntəqəsi” kimi istifadə etməməlisiniz. Gündəlik işiniz Sizi getdikcə daha da məşğul edəcək, mənasız işlərlə məşğul olacaqsınız və enerjiniz tükənəcək.
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi
Linkedin və
Telegram səhifələrimizi izləyə bilərsiniz.
Mənbə:
Fireworks