İşdə "vaxt öldürənlər" haqqında

18 noyabr, 2021 1 1 885


İşdə "vaxt öldürənlər" haqqında


Bəli, bəli. Düz oxudunuz. İnanılması çətin gəlsə də “Bikarlıq sindromu” (çoxunuz “bekarlıq” deyə bildiyiniz söz “bikarlıq” kimi yazılır.) kimi tərcümə edə biləcəyimiz “Boredom boreout syndrome” adlanan bu hal kəmiyyət və keyfiyyət baxımından aşağı olan iş yükü və tapşırıqlarla bağlıdır.

Saatlarca sosial şəbəkələrdə oturan, gördükləri işdən zövq almayan və ofisdə darıxan işçilər – araşdırmalara görə, bu tip “bikarlıq” da xəstəliyə səbəb ola bilər. Lazımi tədbirlər görülmədikdə isə, apatiya, depressiya, motivasiya azlığı və xroniki yorğunluq kimi fəsadlarla nəticələnə bilər. Maraqlısı budur ki, simptomlarına görə bu xəstəlik digər bir sindromu – əsasən, həddindən artıq və gərgin iş yükü nəticəsində formalaşan “Tükənmişlik sindromu” -nu (başqa sözlə: Emosional yanma) (ing. burnout syndrome) xatırladır. Frankfurt klinikasının həkimi Volfqanq Merklenin sözlərinə görə, “Tükənmişlik sindromu”-ndan əziyyət çəkən və işdə gərgin, həddindən artıq iş yükündən gileylənən şəxsləri ətrafdakılar anlayışla qəbul etsələr də, bunun əksi olaraq, işdə darıxdığını bildirən və “Bikarlıq sindromu”-ndan əziyyət çəkən şəxslərin sadəcə tənbəl olduqları düşünülür.

Ofis işçilərinin xəstəliyi

“Boredom boreout syndrome” termini ilk dəfə 2007-ci ildə isveçrəli iqtisadçı Filipp Rotlin və PR-konsultant Piter Verder tərəfindən istifadə olunub. “Boreout diaqnozu” kitabında onlar bu sindromun səbəbini işçilərin tənbəlliyində deyil, işin öz xarakteristikasında olduğunu bildirirlər. Artıq maraq kəsb etməyən və rutinə çevrilmiş iş işçilərin özünə inamına böyük xələl gətirir. Bu tip işlərdə davamlı işləmək sonda yuxu pozğunluğu, depressiya və hətta immunitetin zəifləməsinə gətirib çıxarır.
Öz kitabları üçün material toplamaq üçün Filipp Rotlin və Piter Verder yüzlərlə bank işçisi, hüquq şirkətləri, sığorta şirkətləri və sairə sektorda çalışan əməkdaşları müsahibə edərək bu xəstəliyin əsasən ofis işçilərində meydana çıxdığı qənaətinə gəlirlər. Buna səbəb onların işinin fiziki ölçülməsində olan çətinliklər, o cümlədən, bəzən hətta bu tip işçilərin özlərinin rahatlıqla özlərini məşğul göstərə bilməsi faktorudur.

Bikarlığın əsarətində

Techniker Krankenkasse (TK) alman sığorta şirkətinin səhiyyə və əməyin təhlükəsizliyi üzrə konsultantı Kristof Timmerhof qeyd olunan sindromun yaranmasının 2 əsas səbəbini qeyd edir:

• İlk növbədə, buna səbəb işin kəmiyyəti – iş həcminin lazımi qədər olmamasıdır. Misal üçün, müştərilərin kəskin azalması ilə əlaqədar şirkətin iş həcminin azalması və ya şirkətdə işçilər arasında düzgün olmayan iş bölgüsü buna səbəb ola bilər.

• İkinci səbəb isə, işin keyfiyyətidir. İşçinin gözündə gördüyü iş mənasız, lazımsız və onun bilik və bacarıqlarının yanında çox zəif qalırsa, ona öz potensialını ortaya qoymağa imkan yaratmırsa, əvvəl-axır məyusluqdan qaçmaq mümkün olmayacaq.

Səbəbindən asılı olmayaraq, sindrom işçini mərhələli şəkildə əsarətinə alır. İlk zamanlar, yaranmış artıq iş vaxtı işçi tərəfindən maraqsız işə görə “kompensasiya” olaraq qəbul edilir. İnternetdə vaxt keçirmək üçün, elektron məktublarda və sosial şəbəkələrdə dolaşmaq üçün, kitab oxumaq üçün əla şansdır – deyə bu tip işçilər özlərini aldatmağa başlayır. Lakin “vaxt öldürmək” üçün istifadə olunan bu üsullar da müəyyən bir müddət sonra stress yaratmağa başlayır, çünki işləyirmiş kimi görünmək işləməkdən daha çətindir. İşdə zaman sanki dayanır, iş günü uzanmağa başlayır və bu müddət ərzində özünü məşğul etmək üçün fərqli üsullar axtarmaq məcburiyyəti yaranır. Daim ifşa qorxusunun stressi və vicdan əzabını da bunun üzərinə gəlsək bu tip “zəhmətkeşlər”-ə heç də asan olmadığını anlaya bilərik.

Bikarlığın dərmanı

• Fiziki və mental sağlamlığınız ilk növbədə gəlir. Sindromdan qurtulmaq üçün ilk öncə özünüzə bir neçə günlük və hətta bir neçə həftəlik istirahət götürün. İşdən uzaqlaşın. Bu sizin yorğunluğunuzu və stressinizi azaltmağa kömək edəcək. Faydası olmasa keçirik növbəti və daha radikal tədbirlərə.

• Komanda yoldaşlarınızla danışın. Onlarla öz hisslərinizi və ambisiyalarınızı paylaşmaqdan çəkinməyin. Həmkarlarınıza onların hansısa layihələrində edə biləcəyiniz kömək barədə bildirin. Menecerinizlə məsləhətləşin. Öz səriştəliyinizə daha uyğun digər işlərə rotasiya və ya təyinat almanız kimi istəklərinizi, şirkətə daha faydalı olmaq istəyinizi bildirin. Bəzən bu tip proaktivlik həyatınızı tamamilə dəyişə bilər.

• Öz işinizə məna yükləməyə çalışın. Əslində bu tip cansıxıcılıq, həm də dayanıb düşünmək üçün bir fürsətdir. Siz nə edə bilərsiniz? İşinizdə şirkətə və komandaya dəyər qata biləcək nələri edə bilərsiniz? Variantlarınız var? O zaman, dayanmayın, tətbiqinə başlayın!

• Əgər yuxarıda sadalanan bütün bu üsullar kömək olmursa, cari iş yerinizdə bilik və bacarıqlarınızdan effektiv istifadə üçün hər hansı bir perspektiv görmürsünüzsə, bəlkə də, karyeranızda mühüm dəyişikliklər etməyin zamanıdır. Öz bilik və bacarıqlarınızla yanaşı, özünüzün təhlilinizi aparın, sizi nə hərəkətə gətirir, işdə sizi nə motivasiya edir, hansı iş şəraiti, hansı növ tapşırıqlar, hansı komanda. Bu tip suallara cavab verməyə çalışın və buna uyğun iş təkliflərini dəyərləndirin.

İşəgötürənlərə bir işarə bəs edər

İş yükünün düzgün bölünməməsi, işçilərin işi mənasız kimi qəbul etmələri sonda işçilərin sağlamlığına ciddi zərər verir və bəzən işçilər çarə kimi şirkətdən ayrılırlar. İşəgötürən olaraq, şirkətinizdə bu tip halların qarşısının alınması üçün görə biləcəyiniz tədbirlərdən biri kimi, şirkət strategiyasının, missiyasının düzgün formalaşdırılması və sıravi işçi səviyəsinədək kaskadlanmasıdır. Müvafiq strategiyanın hazırlanması, performansın idarə edilməsi, İnsan Resurslarının idarə edilməsi kimi sistemlərinin qurulmasında isə, HR-AZ.com olaraq konsultasiya xidmətlərimizi təqdim edirik.

Əlaqə üçün:
Orkhan.safarli@hr-az.com
Telefon: 050/077 7367575

Müəllif: Orxan Səfərli











HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin Telegram səhifələrimizi izləyə bilərsiniz.

Mənbə:
HR-AZ.com
Oxşar məqalələr
Şərhlər
Krystalynn23 iyul 2024, 02:21
When I originally left a comment I seem to have clicked the -Notify me when new comments are added-
checkbox and now whenever a comment is added I recieve four
emails with the exact same comment. Is there a way you can remove me from that service?
Cheers!

Also visit my homepage - Racquel
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə